15 ildir adı olub, özü olmayan tibbi sığorta


Hökümət artıq 15 ildir ki, qanun qəbul edilməsinə rəğmən tibbi sığortanın tətbiqində tərərddüd edir. Hər gün neçə insan isə həyatla ölüm arasında mübarizə aparır, kimin qalib gəlməsindən asılı olmayaraq arada bir “qazanan” var – Azərbaycan səhiyyəsi…

Azərbaycanda dövlət xəstəxanalarında səhiyyə xidmətinin pulsuz olmasına baxmayaraq elə bir vətəndaş yoxdur ki, rüşvət verməyə məcbur qalmasın. Bəzən sadə vətəndaş müalicə, yaxud əməliyyat üçün ondan istənilən vəsaiti ödəməkdə aciz qalır. Kimisi isə pulu xəstənin sağlamlığından öndə qoyan həkim işbazların qurbanına çevrilir.  Xərçəngdən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynli də səhv əməliyyat səbəbindən həyatını itirdi. Onun yaxınları, dostları isə ümid edirdi ki, Azərbaycan səhiyyəsinin xətasını xaricdə aradan qaldırmaq mümkün olacaq. Onlar bu ümidlə günlərlə müxtəlif aksiyalar keçirib pul toplayırdılar.


İnsanlar başqalarını həyatda saxlamaq üçün birləşməli olur

“Biz könüllü qoşulmuşuq. REAL, AXCP bizə çox kömək etdi. Bildiyim qədəri ilə bütün gənclər təşkilatları bu işə qoşulub” – Nərmin Hüseynli ilə bağlı ötən at kitab aksiyasında könüllü yardım edən gənlərdən biri olan Rəhman Məmmədli Meydan TV-yə müsahibəsində belə demişdi. Lakin gənclərin bu gülərüz qızcığazın həyat mübarizəsindəki yardimları onu sağaltmağa imkan vermədi. Çünki artıq Azərbaycan səhiyyəsi öz işimi görmüşdü…

Dünyanın bir çox ölkələri tibbi sığortanı tətbiq etməklə vətəndaşların sağlamlığına təminat verir. Azərbaycanda isə hökümət hələ də tibbi sığortanın tətbiqində maraqlı görünmür. Vətəndaşların çoxu da onun gətirəcəyi üstünlüklərdən xəbərsizdi. Meydan TV-nin əhali arasında apardığı sorğu zamanı rəyi soruşulan vətəndaşların çox bu barədə məlumatsız olduqlarını deyirdilər.


15 ildir icrasını gözləyən qanun

Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-cu ildən qüvvəyə minsə də, əhalinin gəlir səviyyəsinin aşağı olaması səbəbindən təxirə salınıb. Lakin 2007-ci ildə qanunda əlavə və dəyişiklik edildikdən sonra onun tam icrasına qərar verildi. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev, bu günə kimi qanunun reallaşmasındakı mövcud problemlərdən danışır:

 “Ən ciddi məsələlərdən biri də burada əhalinin tibbi sığortasının necə həyata keçrilməsi ilə bağlıdır. Muzdlu işçilər var ki, onların necə sığortalanması məsələsi açıq qalır.  Necə ki, bu da problem pensiya fondlarında da var.  İkinci bir məsələ işsizlərin necə sığortalanmasıdır. Dövlət hansı həddə bunu həyata keçirəcək? Daha bir məsələ icbari tibbi sığorta üçün paket – yəni, tibbi paketin və bura daxil olan tibbi xidmətlərin dəyərinin müəyyən edilməsi məsələsidir. Bunlar həll olmadığında görə icbari tibbi sığorta baş tutmur”.


“Məmurlar tənbəldir”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə qanunun reallaşmamasında bürokratik əngəlləri bəhanə gətirir və əlavə edir ki, tibbi sığortanın reallaşması üçün səhiyyəyə ayrılan vəsaitin sistemi yenidən qurulmalıdır. “Bu Rusiyada, Gürcüstanda baş tutsa da Azərbaycanda çətin proses olacaq” – deyən millət vəkili, məmurları tənbəllikdə də qınayıb.

Tibbi-ekspert Adil Qeybulla isə bildirir ki, Azərbaycan səhiyyəsinə ayrılan vəsait doğuşun və təxirəsalınmaz yardımın sığortalanmasına imkan verir:

“Yəni avtomobil qəzasına düşənlər və sair belə hallarda vətəndaşlar gəlib sığortanın hesabına müalicə oluna bilərlər. Xəstələrin də ən böyük narazılıqları bununla bağlııdır ki, imkanı olmayan insanlar qəzaya düşür,  əməliyyat olunmalı olur. Bu xərclər də vətəndaşın çiyninə düşəndə, o, narazı qalır. Dövlət xəstəxanalarında pulsuz xidmət adı altında aparılan müalicələr absurdur. Bunu sığorta qarşılamalıdır ki, həmin müalicələr vətəndaşın xeyrinə yönələ bilsin.  Hesab edirəm ki, bu gün tibb sığortasının tətbiq olunmaması böyük minusdur”.


İşsizlər də sığortalana bilər

Ekspertin sözlərinə görə, Azərbaycanda əhalini 4 koteqoriya üzrə sığortalamaq mümkündür və bununla da bütün insanlar sığortalanmış olur:




Birinci katerqoriyada bunlar işləməyən vətəndaşlardır ki, dövlət büdcəsindən birbaşa sığortalanırlar. Yəni Səhiyyə Nazirliyinə ayrılan büdcədən. Ikinci kateqoriyada olanlar, dövlət, özəl sektorda işləyənlərdi, onlar maaşlarla sığortalanırlar. Üçüncü qrup vətəndaşlar işsizlərdir ki, bunlar əmək birjalarında qeydiyyatda olurlar və oranın vəsaitlərindən sığortalanırlar. Digər qrup biznesmenlərdir və onlar da xüsusi qaydada sığortalanırlar”.

Adil Qeybulla deyir ki, əgər 10 min adam sığortalanarsa onların heç də hamisi bundan eyni qaydada istifadə etməyəcək. Bununla da ayrılan vəsait təxminən 1000 adam üçün, yəni 10 faiz intensiv xərclənmiş olacaq. Azər Mehtiyev isə sığortanın tətbiqindən sonra həkim xəstə münasibələrinə üçüncü bir nəzarətin yaranacağını önə çəkir və bildirir ki, bununla da səhiyyədə olan korrupsiya hallarının qarşısı alınacaq:

“İndiki halda xəstə həkimə gedir, amma düzgün müalicə ediləcəyinə əmin ola bilmir. Xəstəyə lazım olamayan dərmanlar aldırılır. Uzun-uzadı müalicə keçirilir. Tibbi sığorta zamanı bu mümükün olmayacaq. Həkim pulun ödənilməsi üçün sığorta təşkilatına bildiriş göndərəcək. Sığorta təşkilatı gəlib onu yoxlayacaq ki, görsün düzgün müalicədən keçirilibmi, əgər düzgün aparılmayıbsa, bu halda ödəniş həyata keçirilmir”.

Azər Mehdiyev bildirir ki, 2012-ci ilə kimi dövlət büdcəsindən hər il tibbi sığorta üçün 30 milyon manat ayrılsa da, bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılıb. 2014 cü ildə bu məqsədlə yenidən 10 milyon ayrılıb. Azərbaycanda 4 milyon məşğul əhalidən cəmi 1,4 milyonunun muzdlu işçi olmasını nəzərə alsaq bu vəsaitin necə xərclənəcəyi də suallar yaradır.

Ana səhifəVideo15 ildir adı olub, özü olmayan tibbi sığorta