Prezident Tarif Şurasına tapşırıqlar verdi
Preizdent İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Sərəncamda Tarif (qiymət) Şurasına orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, AMEA-da magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin 15 gün müddətində müəyyən edib prezidentə məlumat verilməsi tapşırılıb.
2016-cı ilin iyulunda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan xərclərinin dövlət büdcəsindən deyil, hər bir şəxsin özünün ödəyəcəyini bildirmişdi.