15 dindar namaza görə işdən çıxarılıb

Ancaq ARDNŞ təkzib edir. Şirkətin mətbuat xidməti mərkəzdə işçisinin olmadığını bəyan edir

Source:

Ancaq ARDNŞ təkzib edir. Şirkətin mətbuat xidməti mərkəzdə işçisinin olmadığını bəyan edir


SOCAR və “Tekfen” şirkətinin birgə işlədiyi yeni olimpiya mərkəzində çalışan işçilər namaz qıldıqları üçün işdən çıxarılıb. Onların sayı 15 nəfərdir. Digər gündəlik dini ibadətlərini yerinə yetirənləri də eyni aqibət gözlədiyi açıqlanıb.

Bu barədə məlumatı Bakı Olimpiya mərkəzində işləyən Sahib Kazımlı “İslamazeri.az”-a bildirib. Onun sözlərinə görə, bir müddət öncə həmin məkanda işçilərin ibadətlərini yerinə yetirmələri üçün namazxana mövcud idi. Ancaq vəhhabi problemi yaranandan sonra namazxana bağlanıldı. Bundan sonra biz namazlarımızı öz işlədiyimiz yerlərdə qılırıq. Martın 18-də günorta namazının camaat halında qılınmasından sonra SOCAR-ın yüksək vəzifəli işçiləri 15 nəfərin iş kartını əlindən alıb və işdən çıxarılmalarını bildirib.

ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Meydan TV-yə məlumatı təkzib edib. Xidmət rəhbəri deyib ki, neft şirkətinin mərkəzdə işçisi yoxdur. Məsələ ondadır ki, ARDNŞ sifarişçidir: “İşləri isə “Tekfen” şirkəti görür. Bu səbəbdən də ora işçi qəbul etmək və azad etmək kimi səlahiyyətimiz yoxdur. Sifarişçi olduğumuzdan orada kimin çalışdığı bizim üçün əhəmiyyətsidir. Ona görə də baş verən olayda ARDNŞ-in adının hallandırılması tamamilə əsassızdır”.

Ana səhifəXəbərlər15 dindar namaza görə işdən çıxarılıb