14 məhbus İrana təhvil verilib

İran həbsxanalarında cəza çəkən 2 azərbaycanlı isə Azərbaycana transfer olunub

Source:


İran həbsxanalarında cəza çəkən 2 azərbaycanlı isə Azərbaycana transfer olunub

Azərbaycan həbsxanalarında cəza çəkən 14 məhbus İrana təhvil verilib. İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Möhsün Molayinin verdiyi məlumata görə, transfer prosesi aprelin 6-da Astara sərhəd-keçid məntəqəsində İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib: “Bu məhbuslar narkotik maddələrlə bağlı ittihamlarla həbs edilərək, azadlıqdan məhrum olunublar. Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər”. (“Azadlıq” Radiosu)

Martın sonunda 11 iranlı məhbus Azərbaycandan İrana təhvil verilib, İran həbsxanalarında cəza çəkən 2 azərbaycanlı isə Azərbaycana transfer olunub.

M.Molayi bildirib ki, Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun tezliklə İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb: “Hazırda Azərbaycan həbsxanalarında təxminən 200-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotik maddələrin alqı-satqısı və daşınması ittihamı ilə həbs olunub”.

Ana səhifəXəbərlər14 məhbus İrana təhvil verilib