12 saylı məntəqədən yayımlanmayan kadrlar (VİDEO)

Bələdiyyə seçkiləri günü 12 saylı məntəqədə topa bülleten atan seçicinin görüntülərindən sonra məntəqə sədri bildirdi ki, o şəxs bülleten yox, sadəcə ağ kağız atıb. Gülmira Əliyeva əlavə edib ki, o şəxsi Meydan Tv nin işçisi öyrədərək məntəqəyə gətirib. Seçkinin sonunda səslərin sayılması zamanı 5 ədəd bir-birinə keçirilmiş ağ kağız çıxdı.

İndi seçki günü çəkilən həmin videonun yayımlanmayan kadrlarına baxaq. Gözdən qaçan bu məqam məntəqə sədrinin dediklərini şübhəyə alır. Qutuya yaxınlaşan qadın əlində iki bülleten tutub. O, növbə ilə hər iki bülleteni qutuya atır.

Kadrlara baxanda bir sual yaranır; əgər məntəqə sədrininin iddia etdiyi kimi topa bülleten atan qadını Meydan TV-nin işçisi öyrətmişdisə, bəs bu qadın kimdir ? Məntəqə sədri yenə deyəcək ki, onun atdığı ağ kağızdır? Axı bir-birinə keçirilmiş 5 ağ kağızdan başqa, əlavə ağ kağız çıxmadı ? Bu bülleten kimin xeyrinə yazıldı ? Məsələni araşdıracağını deyən Mərkəsi Seçki Komissiyasından cavab gözləyirik.

Ana səhifəVideo12 saylı məntəqədən yayımlanmayan kadrlar (VİDEO)