12 QHT-nin bank hesabına həbs qoyuldu

Bakı Apelyasiya Məhkəməsi də təşkilat rəhbərlərinin şikayətini təmin etməyib

Source:


Bakı Apelyasiya Məhkəməsi də təşkilat rəhbərlərinin şikayətini təmin etməyib

Səbayel Rayon Məhkəmənin qərarına əsasən 12 qeyri-hökumət təşkilatının bank hesabları dondurulub.

Teleqraf.com saytının məlumatına görə, 12 təşkilat arasında Ənnağı Hacıbəylinin sədri olduğu “Azərbaycan Hüquqçular Assosasiyası”, Rəşid Hacılının “Media Hüququ İnstitutu”, İntiqam Əliyevin “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin də adı var.

Qərardan sonra təşkilatlar bankdan pul çıxara bilməyiblər.  Məhkəmənin qərarının ləğv edilməsi üçün təşkilatın rəhbər şəxslər apelyasiya şikayəti veriblər.

Ancaq Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təşkilat rəhbərlərinin şikayəti təmin edilməyib.

Ana səhifəXəbərlər12 QHT-nin bank hesabına həbs qoyuldu