Təcili yardım, bəylə-gəlin, maşını xarab olan –hamı yolda qalıb. İyunun 26-dan 27-nə keçən gecə Bakı-Sumqayıt yolunda başlayan təmir nəqliyyatı iflic hala salıb. Sürücülər saatlarla yolda qaldıqlarını söyləyirlər
Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsindəki təmir asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq həyata keçirilir. Bunu
Avtomobil Yolları Dövlət Agentliyini açıqlayıb. Təmir davam etdikcə, hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. Bu qızmar istidə tıxacda qalan sərnişinlərsə öz hallarına yanırlar.
Avtomobil Yolları Dövlət Agentliyininin sözcüsü Anar Nəcəfli mətbuata bildirib ki, aparılan işlər hələ təxminən 1 aya qədər davam edəcək.