1 əsgərimiz şəhid oldu, 6 erməni hərbçisi öldürüldü

Əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub

Source:


Əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub

Yanvarın 31-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan tərəfi atəşkəsi 80 dəfə pozub.

Atışmalar qərb sərhədində qeydə alınıb, Azərbaycan ordusunun Qazax, Tovuz və Gədəbəy rayonlarındakı mövqelərinə atəş açılıb.

Qarabağ cəbhəsində Tərtər, Ağdam, Füzuli, Goranboy, Göygöl və Cəbrayıl istiqamətlərində atışma baş verib.

“Tam fərqli olaraq bu gün saat 15:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib.

Təəssüflər olsun ki, yanvarın 31-də saat 12:55 radələrində cəbhənin digər istiqamətində, Xocavənd rayonu ərazisində erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub”, -deyə MN-in məlumatında deyilir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin bölmələri həmişə olduğu kimi düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə almağa və onu məhv etməyə hazırdır.

Ana səhifəXəbərlər1 əsgərimiz şəhid oldu, 6 erməni hərbçisi öldürüldü