14 yaşlı Xədicə Babazadə iki ildən çoxdur ki, vegetativ vəziyyətdə yaşayır. Ailəsi onun bu vəziyyətə düşməsinə həkim səhlənkarlığının səbəb olduğunu bildirir.
Vegetativ vəziyyət insanın şüurlu şəkildə düşünmək, ətraf mühiti dərk etmək və onunla ünsiyyət qurmaq qabiliyyətini itirdiyi, lakin tənəffüs, qan dövranı və yuxu-oyanıqlıq dövrü kimi əsas bioloji funksiyalarının davam etdiyi tibbi haldır. Xədicə gözlərini açsa da, özünün və ətrafında baş verənlərin fərqində deyil.
Ailəsi iki ildən çoxdur ki, ədalət axtarışındadır. Valideynləri iddia edirlər ki, saxtalaşdırılmış ekspertiza rəyləri və aidiyyəti qurumların bu iddialara göz yumması səbəbindən məsul şəxslərin cəzalandırılmasına nail ola bilmirlər.