AXCP üzvü həbs olunub

Tərlan Baxışlı. Foto: Şəxsi Facebook səhifəsi – Süni zəka ilə fotonun keyfiyyəti artırılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizamı Rayon Şöbəsinin üzvü Tərlan Baxışlı 20 sutka inzibati həbs olunub.

Partiyadan verilən məlumatda bildirilir ki, o, sentyabrın 26-da səhər saatlarında evindən çıxıb, daha sonra fəaldan xəbər almaq mümkün olmayıb.

Partiya fəalın şərlənərək həbs olunduğunu deyir. Onun nədə günahlandırıldığı barədə hələlik məlumat yoxdur. 

Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifə ▸ Siyasət ▸ AXCP üzvü həbs olunub