Xəzərdə təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak olub

Qazaxıstan-KTMT, Mənbə: https://ru.sputnik.kz/

Qazaxıstanda Xəzər dənizində hərbi təlim zamanı 9 hərbçi həlak olub, qalanlarının axtarışı davam etdirilir.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə sentyabrın 24-də Manğıstau vilayətində baş verib. Hərbi Dəniz Qüvvələrinin təlimi zamanı hava şəraiti pisləşib, külək güclənib. Təlim-döyüş tapşırığını yerinə yetirən hərbçilərdən 19 nəfəri dənizə düşüb.

Onlardan 9-nun öldüyü təsdiqlənib, 3 hərbçi xilas edilib. Xilas olunanlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışı davam edir.

Faktla bağlı Qazaxıstan Baş Prokurorluğunda cinayət işi başlanıb.

Ana səhifəDünyaXəzərdə təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak olub