”Müsəlman Birliyi” Hərəkatının rəhbəri Baş Prokurorluğun cinayət işinin başlanmasının rədd olunması qərarından şikayət vermişdi
Sentyabrın 29-da Səbail rayon Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin şikayətinə baxılıb və təmin edilməyib. Bu barədə məlumatı vəkili Zibeydə Sadıqova öz “Facebook” səhifəsində yayıb.
Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilərkən və BMCMİ-də saxlanılarkən işgəncəyə məruz qalması faktıyla bağlı Baş Prokurorluğun cinayət işinin başlanmasının rədd olunması qərarından şikayət vermişdi.