Krım tatarlarının lideri Mustafa Cəmilov “Meydan TV”-yə eksklüziv müsahibə verib. Mustafa Cəmilov müsahibəsində Krım Tatarlarının Ankarada kecirdikləri II konqresi, Krımın işğalı barədə danışıb. Mustafa Cəmilov eyni zamanda Azərbaycan hökumətinin Krım tatarlarına biganə münasibət sərgilədiyini dilə gətirərək İlham Əliyevi Rusiya prezidenti Vladimir Putinin yanında durmaqda günahlandırıb.