Oqtay Gülalıyev

Источник: Foto: Meydan tv

Başlıq: Oqtay Gülalıyev

Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur

Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb

“Hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətində yaxşıya doğru dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır”.

Bu barədə “Turan” hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyevaya istinadən məlumat yayıb.

Oktay Gülalıyev İstanuldakı “Amerika klinikası”nda müalicə alır.

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu. Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamağa göndərilib və qarşıdakı 4 gün ərzində analizlərin cavabı məlum olacaq. Ağ ciyərində, qanında isə infeksiya qalmaqda davam edir", - deyə həyat yoldaşı bildirib.

Oktay Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb. Bir neçə saat sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda o, neyrocərrahi əməliyyat edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türk mütəxəssislər Gülalıyevi Türkiyəyə aparmağı tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysi ilə İstanbula göndərilib və "Avrasiya" klinikasına yerləşdirilib. Noyabrın 19-da o, "Amerika xəstəxanası"na köçürülüb, növbəti gün burada yenidən neyrocərrahi əməliyyat olunub, başından maye çəkilib.

Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/cp0mq5

Самое читаемое