Источник: Meydan Tv

Şuşa uğrunda iç savaş

Psixi xəstəyə kim və niyə cinayət işi açıb?

İlham Əliyev yenə Şuşaya getdi, otel açdı və qayıtdı. Onun səfəri ərəfəsində bir əsgərimiz Ağdərədə rus sülhməramlılarının nəzarətində olan əraziyə keçdi və separatçıların polis adlandırdıqları dəstə tərəfindən həbs edildi. Daha sonra isə bir hərbçimizin şəhid olma xəbəri gəldi. Sonra isə dedilər ki, şəhid olmayıb, psixi pozğunluğu olduğundan intihar edib. Ağdərəyə gedən hərbi qulluqçumuza da eyni diaqnozu qoyublar. Üstəlik, ona cinayət işi də açılıb. Daha doğrusu, Cəmil Babayevin ermənilərin əlinə düşməsi ilə bağlı o qədər fərqli versiylar səsləndirdilər ki, sanki adamı ermənilərə vermək üçün yol axtarırdılar. Axırda da cinayət işi açdılar ki, get və geri dönmə...

Səhv mənbəyi

Əgər bir adamın psixi problemi varsa, o, necə hərbi qulluqçudur? Yəni sağlamlığı yerində olmayan bir adamı əlisilahlı xidmətə kimlər və necə buraxıblar? Bu barədə cinayət işi açılıbmı? Qarabağ qazilərinin fəryadı fonunda milyonlar qazanan hərbi tibbi komissiyadan hesab soruldumu? İzahat tələb edilib kimlərsə məsuliyyətə cəlb edildimi? Təbii ki, bunu eşitmədik.

Sonra dedilər ki, bu şəxs sonuncu müharibənin veteranı, qazisidir ona görə də Gəncədə hospitalda müalicə alırmış. Oradan qaçıb və nəzarətimizdə olmayan bölgəyə keçib. Yaxşı, bunu da qəbul etsək, o zaman bizim nəzarət bölgəmiz necə qorunur? Bu əsgərin nəzarət bölgəmizi keçməyi necə mümkün olub? Tutaq ki, bunu da bir yolla bacarıb. Keçmiş təcrübəsindən istifadə edib. Bir nəfər ağlı başında adam olmadımı sizə desin ki, bu adama cinayət işi açmağın mənası nədir? Bu adam qazidirsə, psixi problemlərdən müalicə alırsa, o zaman buna hansı hüquq cinayət məsuliyyəti təyin edilib? Məgər, belə xəstələrin, xüsusilə müharibədə sağlamlığını itirmiş birinin qanun qarşısında anlaqlı məsuliyyət daşımaq imkanı varmı? Əgər yoxdursa, o zaman dərhal bu komediyaya son qoymaq lazımdır. Yox, bunu təyin edənlər əmindirlərsə ki, bu şəxsin qanun qarşısında anlaqlı məsuliyyət daşımaq imkanı var, deməli, burada başqa məqamlar da var, yəni kimsə istəmir ki, hərbi qulluqçu ölkəyə dönsün. Qarşı tərəfin əlində əsir olan adama cinayət işi açmağın və bunu əldə bayraq etməyin başqa bir adı varmı?

Anlamaq olmur ki, bu necə dövlət ağlı, nə idarəçilikdir? Aydın görünür ki, bir qrup başqa separatçı da oturub ölkənin içərisində müharibənin mənəvi nəticələrini baltalamaqla məşğuldur. Bunun başqa adı yoxdur və olması da mümkün deyil. Bütün bunları da dövlət orqanlarının adı və möhürü ilə edirlər. Komediyanın tragediya hissəsi də budur.

İlham Əliyevin “dövlət oteli”...

Sizə asan gəlməsin, İlham Əliyev məşhur müsahibəsində “iyrənirəm” dediyi adamların hamısı hələ də vəzifədədir. Birini də yerindən ya tərpətməyib, ya da tərpədə bilməyib. Əliyev nə deyirdi? Deyirdi ki, istəyirlər Şuşanı əlimdən alıb, bölsünlər, amma mən buna imkan verməyəcəyəm. Necə imkan verməyəcək? Görünür, başqa yolunu tapmayıb, bütün tikintilərini, obyektlərini dövlət hesabına dövlət adına edəcək. Yoxsa nə var idi orada da bir “Dörd Fəsil”, “Marriot” oteli tikməyə? Görünür, Şuşa uğrunda döyüşün bir neçə cəbhəsi var: xalqı Şuşaya buraxmamaq, məmurları uzaq saxlamaq, rusları dilə tutmaq, erməniləri sakitləşdirmək.

...çətindir, ona görə də Şuşanı qoruyan əsgər dözmür, intihar edir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/dchnl2

Самое читаемое