Источник: RFE/RL

“Qareci” işi: Gürcüstan XİN əməkdaşları və sərhəd polisi saxlanılıb

Gürcüstan prokurorluğu “Qareci işi” üzrə iki nəfərin – Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın sabiq üzvlərinin saxlanılması barədə xəbər verib.

Gürcüstan XİN-in qonşu ölkələrlə sərhəd məsələləri üzrə departamentin şöbə müdiri İveri Melaşvili və Gürcüstan DİN sərhəd polisi quru sərhədinin müdafiəsi üzrə departamentin baş inspektoru Natalya İlyiçeva saxlanılıb.

İstintaq idarəsində bəyan ediblər ki, Melaşvili və İlyiçeva Gürcüstan-Azərbaycan sərhəd sahələrinin razılaşması ilə Gürcüstan maraqlarının ziyanına fəaliyyət göstərib. Onlar o cümlədən 1937-1938-ci illərin xəritəsindən istifadə ediblər ki, prokurorluğun məlumatına görə, həmin xəritə ölkənin tarixi sərhədlərini əks etdirir. “Gürcüstan nəticədə 3500 hektaradək ərazi itirə bilər”, – prokuror Carci Siklauri bəyan edib.

Prokurorluq həmçinin, istintaqın versiyasına görə, 2007-ci ilədək olan dövrdə Azərbaycanın xeyrinə razılaşdırılan həmin sərhəd sahələri haqqında videohesabat da təqdim edib. Söhbət David-Qareci monastır kompleksinə birləşən sahədən gedir.

İstintaqın versiyasına görə, Gürcüstanın real sərhədini əks etdirən xəritənin əsli saxlanılan Natalya İlyiçevanın iş otağında aşkarlanıb.

İstintaq Gürcüstan CM 308-ci maddəsinin (“Dövlətin bütün ərazisinin, yaxud onun bir hissəsinin xarici dövlətə verilməsinə, yaxud ərazinin bir hissəsinin Gürcüstandan ayrılmasına yönəlik Gürcüstan əleyhinə əməllər”) birinci hissəsi üzrə aparılır. Həmin maddə üzrə on ildən on beş ilədək cəza kəsilir. ·Sentyabrın 29-da Gürcüstan prokurorluğunda Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası komissiyasında çalışan zaman ölkə ərazisinin hissəsinin qanunsuz olaraq verilməsi mümkünlüyü ilə bağlı təhqiqat başlanılıb.

Prokurorluğun məlumatına görə, istintaqa səbəb Müdafiə Nazirliyinin 2020-ci il avqustun 17-də müraciəti olub. O, Gürcüstan dövlət sərhədinin demarkasiyası üzrə hökumət komissiyasının fəaliyyəti ilə bağlı olub.

Sentyabrın 24-də Gürcüstanın Xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra bəyan edib ki, David Qareci monastır kompleksinə aid “yeni kartoqrafik materiallar və sənədlər aşkarlanıb, 2006-2007-ci illərdə nail olunmuş razılaşmaya yenidən baxılmasını tələb edə bilər”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/22afj1

Самое читаемое