Mübariz Qurbanlı

Источник: meydan tv

Оглавление: Mübariz Qurbanlı

''Mübariz Qurbanlının fantastik filmlər haqda dediyi məntiqsizdir''

Статья обновлена:  15 Май 2019

Sənət adamları komitə sədrinin fikirlərinə münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikrincə, televiziyalarda yayımlanan fantastik filmlər tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür.

Onun sözlərinə görə, fantastik filmlərdə təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır.

Mübariz Qurbanlı bu barədə “Beynəlxalq Ailə Günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda danışıb.

Komitə sədri filmlərdə qaynanaların mənfi obrazda təqdim olunmasını da doğru saymayıb:

“Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qaynana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”

Kinorejissor Ali İsa Cabbarov janr olaraq fantastik filmlərin ailə dəyərlərinə təsir göstərdiyini düşünmür:

Ali İsa Cabbarov

Ali İsa Cabbarov

Источник: meydan.tv

“Fantastik filmlər sırasında Stilberqin çəkdiyi bir neçə film var ki, bunlar insanlar arasında mehriban dostluq və ailə dəyərlərini göstərir. Janrından asılı olmayaraq detektiv də, melodrama da, fantastik də ailə dəyərlərinə qarşı da olar, tərəfdar da. Ona görə məsələyə ümumi yanaşıb demək olmaz ki, filan janr ailə dəyərlərini pozur, yaxud dağıdır, düzgün deyil. Ola bilər Mübariz Qurbanlının konkret nəzərdə tutduğu filmlər var, o, ümumləşdirmədən konkret filmləri xatırlatsaydı, yaxşı olardı”.

Kino tənqidçisi Sevda Sultanova bildirib ki, o, tamaşaçı kimi televiziyalarda yayımlanan fantastika janrında filmlərə baxmır. Çünki yayımlanan filmlərin çoxu ciddi sənət nümunəsi deyil. Onun fikrincə, fantastika, magik realizm janrlarında çəkilən filmlərin hansısa dəyərləri və ya ailə hisslərini öldürə bilməsi haqda deyilənlər fiksiyadır, məntiqsizdir:

“Bu janrlarda çox ciddi filmlər çəkilir. Məsələn, dahi rejissor Stenli Kubrikin “Kosmik Odissey” və ya Qodarın “Alfavill” filmləri dünya kinosunun ən yaxşı nümunələrindəndir. Bu cür filmlərdə rejissorun əhvalata yanaşmasından çox şey asılıdır.

Mən fantastika janrını sevməsəm də, bu kimi janrlarda çox böyük rejissorların filmləri var və bu, dediyim kimi baxış bucağından asılıdır. Bizim kanalların göstərdiyi isə ciddi sənət nümunələri deyil, kütləyə hesablanmış, manipulyasiya rolunu oynayan filmlərdir. Məsələn, aşağı kateqoriyalı döyüş, zorakılığı təbliğ edən, mənfi emosiyalar gətirən filmlər çəkilir ki, uşaq, yeniyetmə baxır, onların psixikasına ciddi təsir göstərir. Yəni bu filmlərin ideyası, anlamı yoxdur. Sənət nümunələrini belə filmlərdən ayırmaq lazımdır”.

Sevda Sultanova

Sevda Sultanova

Источник: meydan.tv

Filmlərədə qayınananın mənfi çalarla göstərilməsinə gəlincə, S.Sultanova deyib ki, Azərbaycanda qayınananın gəlinə mənfi münasibəti stereotipi var, bunu daha da gücləndirən müəyyən seriallar, ya da tamaşalardır:

“Məsələn, “Bu şəhərdə”nin tamaşalarında qayınana da, gəlin də mənfi obrazda göstərilir və bu da kütləyə hesablanıb. Amma ciddi sənət nümunəsindən söhbət gedirsə, motiv dramaturgiyanın tələbindən, əhvalatın məqsədindən doğmalıdır. Yəni hədəf qayınananı pisləməkdirsə, bu, arıtq ciddi sənət deyil. Hər şey birmənalı olaraq pis ola bilməz. Ciddi filmlərdə bir insanı tam olaraq mənfi göstərmirlər. Mübariz müəllimin bu fikriylə razıyam, niyə qayınana mənfi obraz kimi göstərilməlidir? Yəni doğrudanmı qayınananın müsbət tərəfi yoxdur?”

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  15 Май 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/8g4ffy

Самое читаемое