Zahid Eyvazov

Источник: meydan tv

Оглавление: Zahid Eyvazov

Misgər: Gərək dövlət bu işə diqqət yetirsin

''İnsanları diriltmək olmur, amma köhnə qabları olur''

Bakının “Kubinka” adlanan hissəsi öz misgərləri ilə məşhurdur. Ard-arda düzülmüş emalatxanalarda işləyən 7-8 usta Azərbaycanda bu qədim sənəti yaşadan azsaylı insanlardandır. Yerli sakinlərin “misgərlər məhəlləsi” adlandırdığı ərazidə zindana dəyən çəkic səslərini tez-tez eşitmək olur.

Burada dəmir döyən ustalardan biri də 59 yaşlı Zahid Eyvazovdur.

Əslən Lahıcdan olan misgər uzun illər Dağıstanda işləyib, 1993-cü ildə isə Bakıya gəlib:

“Misgərliyi Dərbənddə atamın yanında öyrənmişəm, bir müddət onunla birlikdə, bir müddətdən sonra isə tək işlədim, sonra 1 illiyə Lahıca – İstehsalat Birliyində işləməyə getdim, diplom aldım. Sonra yenidən Dağıstana qayıtdım, ömrümün ən yaxşı vaxtlarını da orada keçirdim, amma 93-cü ildə dağıstanlılarla azərbaycanlılar arasında yaranan konfliktlərə görə Bakıya dönməyə məcbur oldum”.

emalatxana

emalatxana

Источник: meydan.tv

45 ildir dəmir döydüyünü qeyd edən usta övladlarına da sənətin sirlərini öyrətdiyini deyir:

“Mən atamın yolunu davam etdirirəm. 2 oğluma – Elşad və Elxana da bu işin incəliklərini öyrətmişəm. Başqa şagirdlərim də var. Gərək bu sənət yaşasın, misgərliyin ölməsinə imkan vermək olmaz”. O, mis qablardan istifadənin önəminə də diqqət çəkir: “Yerli mis qabların qədrin bilmək lazımdır. Yayılan xəstəliklərin 25-30%-nin səbəbi xaricdən gələn qablardır. Mis qablar nə qədər köhnəlib dağılsalar da, o qablardan keyfiyyətlidir”.

Ustanın sözlərinə görə, ölçüsündən asılı olaraq sifariş aldığı işi 1 həftəyədək təhvil verir. Gündəlik qazancı isə elə də çox olmur – 15-20 manat, amma o, bu məbləğdən razıdır. Tək qayğısı istifadə etdiyi metalların bazar qiymətinin artmasıdır, çünki bu, onun işinə də təsirsiz ötüşmür:

“Misin kilosu 15-20 manat, bürünc 12 manat, qalay isə 55-60 manat olub. Ayda bir neçə dəfə qiymətlər dəyişir, hər dəfə bir az da artır. Biz qiymətləri qaldıranda da, insanlar ala bilmir, nə edək bilmirəm”.

Zahid Eyvazovun oğlu

Zahid Eyvazovun oğlu

Источник: meydan.tv

Zahid Eyvazov deyir ki, misgərliyin onun üçün xüsusi mənası var:

“Bu işə vicdanla, ürəklə yanaşmaq lazımdır, pul vacib deyil, yoxsa sənətkar ola bilməzsən. Mənə təklif etsələr ki, filan idarədə müdir kreslosunda otur, sənə ayda filan qədər pul verəcəyik, qəbul etmərəm. Mən bu sənətlə nəfəs alıram. İnsanları diriltmək olmur, amma köhnə qabları olur. Biz ölü əşyalara yenidən can veririk”.

Usta bildirir ki, əsasən qazan, samovar kimi məişət əşyalarının təmiri ilə məşğul olsa da, arabir kolleksionerlər də əntiq əşya almaq üçün ona üz tutur.

“Bəzən görürsən ki, babasından qalan bir əşyanın təmirinə 10 manat vermək istəmir, amma mollaya Yasin oxumaq üçün 20-30 manat pul verir. Baban ölüb gedib, həmin əşya isə evdə, gözünün qabağında olacaq. Belələrini başa düşə bilmirəm” – o, əlavə edir.

Zahid Eyvazovun arzusu ölkədə böyük misgər emalatxanasının yaradılması və orada yeni misgərlər yetişdirilməsidir. O, sənətin unudulmasından qorxur: “Əvvəllər tək Lahıcda 220-dən çox usta vardı. İndi isə ölkə ərazisində barmaq sayında bu işlə məşğul olan qalıb. Çoxu misgərlikdə qazanc olmadığından sənətini dəyişib fəhləliklə, alverlə məşğul olur. Necə ola bilər ki, bu sənətin məhsulları yaşasın, amma sənət özü ölsün?! Gərək dövlət bu işə diqqət yetirsin. Keçmiş SSRİ-dəki Lahıc İstehsalat Birliyi formasında nəsə yaratmaq olar. Orada şagirdlər yetişdirə bilərik. Bunu çox istəyirəm”.

Z.Eyvazov

Z.Eyvazov

Источник: Meydan .tv

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/39zmw3

Самое читаемое