Источник: meydan.tv

Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşib

Vilyam Hacıyevi məhkəməyə gətirmək mümkün olmayıb

İmişlinin keçmiş başçısı, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan Vilyam Hacıyevin sağlıq durumunun pisləşdiyi bildirilir.

Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq icra başçısının səhhətində problem yarandığına görə onu öz məhkəməsinə gətirmək mümkün olmayıb.

Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxılmalıydı. Lakin məhkəmə prosesinə sədrlik edən hakim Azər Paşayev məlumat verib ki, istintaq təcridxanasında Vilyam Hacıyevin ağciyərində pnevmaniya əlamətləri aşkarlanıb.

Hakimin bildirdiyinə görə, sabiq icra başçısının temperaturu da yüksəkdir: “Bu səbəbdən təqsirləndirilən şəxsin məhkəmədə iştirakı mümkün deyil”.

Hakim sabiq icra başçısının işi üzrə məhkəmə prosesini oktyabrın 8-nə qədər təxirə salıb.

Vilyam Hacıyevin saxlandığı penitensiar müəssisədən də onun vəziyyətinin pisləşdiyi təsdiqlənib.

Təcridxanadan bildirilib ki, onun koronavirusa yoluxduğu ehtimal olunur.

Həbsdə olan keçmiş icra başçılarından Nizaməddin Quliyev sentyabrın 8-də koronavirusdan vəfat edib.

Uzun illər Goranboy, ardınca da Ağstafa rayonunda icra başçısı işləmiş, 2019-cu ilin dekabrından həbsdə olan 67 yaşlı Nizaməddin Quliyev Gəncədə COVİD-19 infeksiyasına yoluxanların müalicə olunduğu modul tipli xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov da sentyabrın 14-də səhhətindəki problemlər əsas gətirilərək həbsdən buraxılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarıyla keçmiş icra başçısının barəsində həbs qətimkan tədbiri başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Qoca Səmədovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyətinin ağır olduğunu əsas gətirərək, hökm çıxarılana qədər onun haqqında alternativ qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırıb.

Hakimlər də vəkilin vəsatətini təmin edib.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Qoca Səmədlov və Nizaməddin Quliyevlə başlayıb

Bundan sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında da icra hakimiyyətlərinin binasında DTX əməliyyat keçirib və icra başçıları həbs olunub.

Həbsdəki sabiq icra başçılarından yalnız mərhum Nizaməddin Quliyevin məhkəməsi yekunlaşmışdı.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, 9 il 6 ay, birinci müavini olmuş Ramiz Tatarov isə 9 il azadlıqdan məhrum edilib. Lakin hər ikisi bu hökmlə razılaşmayaraq, apelyasiya şikayəti verib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/fary1e

Самое читаемое