Источник: Meydan Tv

Fuad Qəhrəmanlı vəkilindən və şikayətindən imtina etdi

“Özünü təqsirli bilmir, ittihamları qəbul etmir, etirafedici ifadə də verməyib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlı həm vəkili Bəhruz Bayramovdan, həm də onun haqqındakı həbs qərarından verilmiş apelyasiya şikayətindən imtina edib.

B.Bayramov F.Qəhrəmanlının müdafiəsinə qoşulandan sonra ötən 12 gün ərzində onunla görüşə bilməmişdi. Avqustun 6-da günorta saatlarında vəkil Bakı İstintaq Təcridxanasında müvəkkili ilə ilk dəfə görüşüb. Görüşdə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi və F.Qəhrəmanlıya dövlət hesabına təyin edilmiş vəkil də iştirak edib. Vəkilin sözlərinə görə, F.Qəhrəmanlının xahişi ilə aralarında təxminən 1 dəqiqəlik təkbətək görüş olub.

“Mənə təşəkkür etdi. Bildirdi ki, indiki mərhələdə dövlət hesabına təyin edilmiş vəkil var. Əlavə vəkil hələ ki istəmir. Dostlara salamlarını çatdırmağımı xahiş etdi”, - deyə B.Bayramov bildirib.

F.Qəhrəmanlının durumu, ona işgəncə verilib-verilməməsinə gəlincə, B.Bayramov deyir ki, müvəkkili ilə bu barədə danışmaq imkanı olmayıb: “Dediyim kimi, cəmi bir dəqiqə-dəqiqə yarımlıq təkbətək görüşümüz oldu. O müddətdə çox az danışa bildik. Ona görə işgəncə olub-olmadığını dəqiq deyə bilmərəm. Onu dedi ki, özünü təqsirli bilmir, ittihamları qəbul etmir, etirafedici ifadə də verməyib”.

F.Qəhrəmanlı haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilmişdi. Həmin şikayətə avqustun 6-da səhər saatlarında baxılmalıydı. Lakin məhkəmə prosesi günorta saat 15.00-a təxirə salmışdı. Bu məhkəmə prosesi isə axşam saat 17 radələrində - F.Qəhrəmanlının vəkili B.Bayramovdan imtinasından sonra baş tutub. Həmin məhkəmədə müstəntiq F.Qəhrəmanlının apelyasiya şikayətindən imtina etdiyini açıqlayıb. Bu barədə ərizəni də hakim Habil Məmmədova təqdim edib.

AXCP hesab edir ki, F.Qəhrəmanlı işgəncə və digər formada təzyiqlərin nəticəsi olaraq, həm vəkilindən, həm də apelyasiya şikayətindən intina edib.

“Fuad Qəhrəmanlı özünü təqsirli bilmir. Məntiqlə haqqındakı həbs qərarından da şikayətçi olmalıdır. Onun şikayətdən, vəkildən imtina etməsi onu göstərir ki, Fuad Qəhrəmanlı hələ də təzyiq və təhdidlər altındadır”, - deyə AXCP-dən Meydan TV-yə bildirilib.

F.Qəhrəmanlı iyulun 15-də Qarabağa dəstək yürüşündə bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s. olaylarla əlaqədar başlanmış cinayət işi üzrə həbs olunub. Ona qarşı CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması), 278 (hakimiyyəti zorla ələ keçirməyə və ya zorla əldə saxlama yönəlik hərəkətlər) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Onunla yanaşı, AXCP Rəyasət Heyətinin daha bir üzvü Məmməd İbrahim də eyni maddələrdə ittiham olunub. Bu cinayət işi üzrə həbs olunan daha 15 AXCP fəalına isə 278-ci maddə istisna olmaqla, digər üç maddə ilə ittiham irəli sürülüb.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ppr76k

Самое читаемое