Faiq Əmirli

Источник: Foto: arxiv

Başlıq: Faiq Əmirli

Faiq Əmirlinin saxlanıldığı deyilir

Xanımı: “3 maşın dayandı, boynundan tutub maşına oturtdular”

Aprelin 8-də günün ikinci yarısında “Azadlıq” qəzetinin kommersiya direktoru Faiq Əmirlinin yaşadığı evin qarşısından “JEEP” markalı maşınla aparıldığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Lalə Əmirli “Facebook”da məlumat paylaşıb.

Lalə Əmirli Faiq Əmirlinin bir neçə mülki geyimli tərəfindən aparıldığını bildirib:

“3 maşın dayandı, boynundan tutub maşına oturtdular”.

O, 102 qaynar xəttə məlumat verdiyini, “araşdırılır” deyə cavab aldığını bildirib:

“Bir daha 102 ilə əlaqə saxladım, “xanım, məlumat polisə ötürülüb, özləri xəbər versələr, verəcəklər də” - dedilər. Sonrakı zəngimdə dedilər ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə Səbayel Rayon Məhkəməsinə aparıldı”.

Meydan TV DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlamağa cəhd etsə də, alınmayıb.

Faiq Əmirli 2016-cı il avqustun 20-da saxlanıb və o, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilib. İstintaq orqanları onu ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edib. Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb: vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri.

Faiq Əmirli Səbail Rayon Məhkəməsinin qərarı ilə 3.3 il azadlıqdan məhrum edilib.

2017-ci ilin sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/5evh9t

Самое читаемое