Deputat oğlunun işi: Xaricdən ucuz alıb, SOCAR-a baha satırdı

Elmira Axundova və oğlu Həbib Axundov

Elmira Axundova və oğlu Həbib Axundov

''Siz dövlət qulluqçusu ola-ola bizneslə məşğul olmusuz''

Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun adının hallandığı dələduzluq işi ilə bağlı məhkəmə avqustun 20-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Vergilər Nazirliyinin keçmiş əməkdaşı Anar Surxayzadə ifadə verib. O, təqsirləndirilən Elnur İbrahimovun (deputatın oğlu Həbib Axundovun dostu) katric biznesilə məşğul olduğunu bilirib.

Artıq nazirlikdə işləmədiyini, müqaviləsinə xitam verildiyini deyən, A.Surxayzadənin sözlərinə görə, özü də Elnura 140 min manat pul verib. Onun 90 mini hələ də qaytarılmayıb. Ona görə də özünü şahid yox, zərərçəkmiş hesab edir:

"Qazancdan 5-10 faiz mənə verəcəkdi. Elnuru dostum Anar Babayev vasitəsilə tanımışam. O da Elnura pul vermişdi. Bir müddət faizləri ödədi, sonra dayandı".

A.Surxayzadə pulu qaytarılmayan digər şəxslər kimi Elnurdan hüquq-mühafizə orqanlarına şikayət etməyib:

"Çünki onsuz da pulumu ala bilməyəcəkdim".

Məhkəmədə A.Surxayzadənin istintaqa ifadəsi elan olunub. Həmin ifadədə deyir ki, Elnur kartricləri xaricdən alıb, SOCAR-a baha satırdı. Sonra isə yenə SOCAR-dan ucuz qiymətə çıxarıb, bu dəfə başqa yerə satırdı”.

Məhkəmədə o da üzə çıxıb ki, A.Surxayzadə vergi orqanında işlədiyi müddətdə E.İbrahimovun evini öz adına keçirib və daha sonra sataraq pulu Xalid adlı şəxsə verib:

"Siz dövlət qulluqçusu ola-ola bizneslə məşğul olmusuz. Bu da qanunla qadağandır. Sizin bu əməlinizə məhkəmə hüquqi qiymət verəcək".

Əlavə şahid qismində məhkəmədə SOCAR-ın əməkdaşı Murad Mehdiyev dindirilib. O, pul aldığını etiraf etsə də, dəqiq məbləği bilmədiyini deyib: "Almışam da, qaytarmışam da".

Şahid Anar Babayev isə məhkəməyə gəlmədiyindən onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

E.İbrahimov müxtəlif adamlardan biznes qurmaq adıyla ümumilikdə bir milyondan çox pulu alıb, onları aldatmaqda təqsirləndirilir. Ona qarşı CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham irəli sürülüb.

Deputatın oğlu Həbib Axundov da dostu haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Lakin pulları mənimsənilən digər zərərçəkmişlər baş verənlərə görə H.Axundovun özünü ittiham edirlər. Bildirirlər ki, təqsirləndirilən şəxslə deputat oğlu dost olub.

Onları bu işə H.Axundov qoşub, pulların da bir qismini ona veriblər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/0r9xn1

Самое читаемое