Keçmiş MTN rəhbərliyi

Источник: Azərtac

Başlıq: Keçmiş MTN rəhbərliyi

Daha bir MTN generalının məhkəməsi başlayır

Nizami Şirinovun işinə Camal Ramazanovun sədrliyilə baxılacaq

Sentyabrın 23-də Bakı Hərbi Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinovun məhkəməsi başlayacaq. Onun işinə Camal Ramazanovun sədrliyilə, Elbəy Allahverdiyev və Rafiq Abbasovdan ibarət hakimlər kollegiyası baxacaq. Generalla yanaşı, vaxitlə onun rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrin rəisləri olmuş Elcan Abdullayev və Elman Tahirov, eləcə də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq.

Nizami Şirinovdan fərqli olaraq, digər təqsirləndirilən şəxslər həbsdə deyil. Onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

General və tabeliyində işləmiş sabiq idarə rəisləri müxtəlif adamları zorakılığa məruz qalacaqları, barələrində rüsvayedici məlumatların yayılacağı ilə hədələyib, onların külli miqdarda pulunu almaqda, cinayət yoluyla əldə edilən əmlakların leqallaşdırılmasında ittiham olunur.

Nizami Şirinov bu ilin aprelində başqa bir MTN generalı, uzun müddət nazirliyin İstintaq İdarəsinə rəhbərlik etmiş Mövlam Şixəliyevlə birlikdə həbs olunmuşdu. Onlar haqqında istintaq da eyni icraatda aparılırdı. Nizami Şirinovun işi məhkəməyə göndəriləndə Mövlam Şıxəliyev və digərləri haqqında cinayət işi ayrılmışdı. Artıq bu cinayət işinin də istintaqı yekunlaşıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Mövlan Şıxəliyevin də işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məlumata görə, bu cinayət işi üzrə Mövlam Şıxəliyevlə yanaşı, 2008-2014-cü illərdə onun rəhbərlik etdiyi MTN-in İstintaq Baş İdarəsinin tərkibindəki şöbənin rəisi olmuş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov da cinayət məsuliyyətinə cəlb edilib.

Mövlan Şıxəliyev

Mövlan Şıxəliyev

Источник: APA

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Vüsal Ələkbərov bundan əvvəl – 2015-ci ildə başqa epizodlar üzrə həbs edilib və ona 5 il həbs cəzası verilib.

Yasin Məmmədov 2011-2018-ci illərdə Mərkəzi Seçki Komissiyasının sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/lsisgg

Самое читаемое