Polad Aslanov

Источник: meydan tv

Оглавление: Polad Aslanov

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Статья обновлена:  25 Июнь 2019

Həyat yoldaşı Polad Aslanovla görüşə bilmir

İyunun 24-də Bakı Apelyasiya Məhkəməsində “xeberman.com” saytının təsisçisi və baş redaktoru, dövlətə xəyanətdə təqsirləndirilən Polad Aslanovun haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən şikayətə baxılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan P.Aslanov özü də məhkəmədə iştirak edib. Məhkəmə qapalı keçirilib.

Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, Polad özünü təqsirli bilməyib, haqqındakı həbs qərarının da əsassız olduğunu, DTX əməkdaşlarının qanunsuz əməllərinə görə cəzalandırıldığını deyib. Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmənin sonunda apelyasiya şikayətinin təmin olunmadığı elan edilib. P.Aslanov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb.

G.Aslanova bildirir ki, həyat yoldaşının həbsindən sonra onunla nə görüşə biliblər, nə də telefonla danışıblar: “İyunun 12-də Naxçıvanda ailəvi dostumuzun qızının toyuna gedirdik. Biləsuvar sərhəd-buraxılış məntəqəsində yoxlama zamanı sənədlərimizi, telefonlarımızı aldılar. Bir saat saxlayandan sonra bizi DTX-nın Biləsuvar şöbəsinə apardılar. Orada rəis dedi ki, sizi aparıb Bakıda bir nəfərə təhvil verməliyəm. Bizi Bakıya gətirdilər, ondan sonra Poladı görmədim. Bir qədər sonra gəlib həm bizim evimizdə, həm də Poladın anasıgildə axtarış apardılar. Telefon, kompüter, nömrə, saytın vəsiqəsi və s. nə lazımdırsa özlərinə, yığıb apardılar. Gecə 1-in yarısına qədər məni də sorğu-suala çəkdilər. O gecə evə gələndən sonra Polad zəng eləyib həm mənimlə, həm anasıyla danışdı. Dedi ki, “mən günahsızam, mənə vəkil tutun, müdafiəmə qalxın”. Bir də paltar aparmağımızı istədi. O vaxtdan sonra danışmamışıq”.

Gülmira Aslanova

Gülmira Aslanova

Источник: meydan.tv

G.Aslanova bildirir ki, həyat yoldaşı Məşhəd, Kərbəla ziyarətinə gedən zəvvarların səfərlərini təşkil edən firmalardan hər zəvvara görə DTX əməkdaşlarının rüşvət alması barədə yazılar yazmışdı. Onun sözlərinə görə, şirkət rəhbərinin özünün bu barədə məktubu vardı, P.Aslanov da həmin məktubu saytına yerləşdirmişdi: “Yazılardan sonra Polada zənglər gəldi, saytdan yığışdırılmasını istədilər. Hətta pul da təklif elədilər. Razılaşmadı. Bundan sonra təzyiqlər başladı. 29 yaşında onu qəfildən hərbi xidmətə apardılar. Baxmayaraq ki, hərbi qanunlarda yazılan çəkiyə uyğun gəlmirdi – boyu 1.72, çəkisi isə 45 kiloqramdan da aşağı idi. Ürək damarında problem vardı. Lakin qanunsuzluğa əl atıb, 19 aprel 2018-ci ildə hərbi çağırış haqqında sənəd göndərmədən, onu hərbi xidmət adıyla Naxçıvana göndərdilər”.

Həyat yoldaşının sözlərinə görə, hərbi hissədə də P.Aslanova qarşı təzyiqlər səngiməyib. Bu ilin aprelində hərbi xidmətdən qayıdandan sonra isə müxtəlif şəxslər vasitəsilə ona qeyri-rəsmi əməkdaşlıq təklif olunub: “Polad özü də bu məsələni ictimailəşdirmişdi, “Facebook” profilində də var. Ona yazıları silməyi, pul, DTX ilə əməkdaşlıq təklif edən insanlara səslənərək yazmışdı ki, mən sizin işinizə qarışmadığım kimi, siz də mənim işimə qarışmayın. Hətta bir jurnalist zəng elədi ki, “gəl, səni DTX-ya aparım, narahat olma, söhbət eləyərsiz, salamat da çıxaracağam”. Polad Aslanov getmədi”.

P.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  25 Июнь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/s5g7ih

Самое читаемое