Mayk Pompeo

Источник: Foto: arxiv

Оглавление: Mayk Pompeo

ABŞ: İŞİD məhbuslarını İraqda mühakimə etmək məsuliyyətsizlikdir

“Koalisiya üzvləri minlərlə döyüşçünü nəzarətə götürməli və onlar etdikləri vəhşiliklərə görə məsuliyyət daşımalıdırlar”

Vaşinqton və onun Avropa müttəfiqləri Suriyada tutulan minlərlə yaraqlı ilə nə etmək barədə fikir mübadiləsi etdiyi müddətdə ABŞ Fransanın İraqda həbsdə olan minlərlə islamçı ekstremistin mühakimə olunmasına dair təklifini məsuliyyətsizlik adlandırıb - RFE/RL xəbər verir.

ABŞ dövlət katibi Mayk Pompeo 14 noyabrda deyib ki, İslam Dövləti (İŞİD) silahlılarına qarşı mübarizə aparan Avropa və digər ölkələr İraq və Suriyada tutulan İŞİD döyüşçüsü olan vətəndaşlarını geri almalı və mühakimə etməlidir. Bununla qrupun müharibə şəraitində olan ölkələrdə yeni ərazilər ələ keçirməsinin qarşısını almaq mümkündür.

“Koalisiya üzvləri minlərlə döyüşçünü nəzarətə götürməli və onlar etdikləri vəhşiliklərə görə məsuliyyət daşımalıdırlar”,- Pompeo deyib.

Fransanın təklif etdiyi Vaşinqton sammiti zamanı 30-dan çox ölkənin rəsmiləri ekstremist mövzunu müzakirə etmək üçün bir araya gəlib. Fransa sammit zamanı prezident Donald Trampın keçən ay ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarından narahatlığını ifadə edib.

Bu addım Türkiyənin Suriya ilə sərhəddə tampon bölgə yaratmasına imkan verib və nəticədə ABŞ-ın müttəfiqi olan suriyalı kürd döyüşçülər ərazini tərk edib. Kürdlər çox sayda İŞİD məhbusunun qarışıqlıq zamanı qaça bilməməsi üçün onlara keşikçilik çəkmək məsuliyyətini üzərilərinə götürmüşdü.

Fransa, İngiltərə və digər Avropa ölkələri həmçinin Orta Asiyada olanlar İŞİD hərbçilərinn ölkələrinə geri qayıtmasına icazə verilməsini istəmirlər.

Fransa Xarici işlər naziri Jan İves Lö Driyan (Jean-Ives Le Drian) onun hökumətinin döyüşçülərin müəyyən və davamlı müddətə tutulmasının tərəfdarı olduğunu deyib və bildirib ki, məhbusların əksəriyyəti iraqlı və suriyalılardır.

“Öz növbəmizdə biz qeyd etməliyik ki, onlar etdikləri cinayətlərə görə mühakimə olunacaqlar”,- o jurnalistlərə deyib.

“Heç vaxt unutmayaq ki, İŞİD-ə qoşulan bu qadın və kişilər terror təşkilatı uğrunda mübarizə üçün tam şüurlu seçim ediblər”,- o deyib.

Dövlət Departamentinin antiterror koordinatoru Natan Seylz (Nathan Sales) iclasdan sonra müttəfiqlər arasında bu problemi həll etməyin ən mümkün yolu haqda fikir ayrılıqlarının hələ də qaldığını etiraf edib.

“Birləşmiş Ştatlar İraqdan, xüsusən də Avropadan gələn xarici döyüşçülərin əlavə yükünü götürməyi xahiş etməyin yersiz olduğunu düşünür”,- Seylz bir günlük iclasdan sonra jurnalistlərə məlumat verərkən deyib.

“İraqın onlar üçün bu problemi həll edəcəyini gözləmək hər hansı bir ölkənin məsuliyyətsizliyi ola bilər”,- o deyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/1pscc1

Самое читаемое