Источник: Google

42 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı

Bəyanatda Vəkillər Kollegiyasının təzyiqləri dayandırması tələb olunur

İnsan hüquqları sahəsində fəaliyyət göstərən 42 beynəlxalq təşkilat Azərbaycanda vəkillərə təzyiq olunduğunu ifadə edən birgə bəyanat yayıb. Təşkilatlar Azərbaycanda müstəqil vəkillərə təzyiqin dayandırılmasını tələb edib.

Məlumatı “Turan” İA yayıb.

Bəyanatda qeyd olunub ki, İnsan Hüquqları Evi təşkilatının 42 üzvü və tərəfdaşı insan hüquqları sahəsində vəkillərə, o cümlədən Şəhla Hümbətova və Elçin Sadıqova qarşı prosedurlara dərhal son qoyulmasını tələb edir:

“Şəhla Hümbətova geniş spektr insan hüquqları pozuntuları ilə bağlı işlər üzrə böyük təcrübəyə malik məşhur Azərbaycan hüquqşünasıdır. O, bir çox azərbaycanlı hüquq müdafiəçisinin, o cümlədən İntiqam Əliyevin, Mehman Hüseynovun, habelə "Gəncə işi" üzrə fiqurantların maraqlarını təmsil edib. Şəhla Hümbətovanın təqibi 2018-ci ilin dekabrında Mehman Hüseynov aclıq edərkən onun hüquqlarını müdafiə etməsindən sonra güclənib. Elçin Sadıqov da siyasi motivli işlərdə bir neçə şəxsin hüquqlarını müdafiə etmiş insan hüquqları üzrə məşhur vəkildir”.

Təşkilatlar Vəkillər Kollegiyasının adları çəkilən işdən kənarlaşdırılması məqsədilə bu yaxınlarda gördüyü tədbirlərdən narahatlıqlarını ifadə ediblər:

“Bu daimi kampaniya vəkillərin insan hüquqlarını müdafiə etməsinə mane olmağa yönəlib”.

Bəyanatda kollegiyanın sədri Anar Bağırova xitabən bildirilib ki, təşkilatınızın işləri beynəlxalq qurumlara təqdim edən, siyasi cəhətdən fəal şəxsləri müdafiə edən hüquqşünaslara qarşı repressiyalarını artan narahatlıqla qeyd edilir:

“Son bir neçə il ərzində azərbaycanlı vəkillərin-hüquq müdafiəçilərinin töhmət alması, işə buraxılmalarından imtina edilməsi, lisenziyalarının dayandırılması və ya tamamilə əllərindən alınması ilə bağlı çoxsaylı hallar sənədləşdirilib. Onlar arasında Nemət Kərimli, Elçin Namazov, Xalid Bağırov, Əlaif Həsənov, Yalçın İmanov, Əsabəli Mustafayev, Aqil Layıc, Fəxrəddin Mehdiyev, İradə Cavadova, Fuad Ağayev, İntiqam Əliyev və Ənnağı Hacıbəyli var. Bu vəkillər fikri ifadə azadlığını müdafiə etməyə, müştərilərinə qarşı işgəncələr haqqında məlumat verməyə və siyasi məhbusları müdafiə etməyə hazır olduqlarına görə təzyiqə məruz qalıblar. Vəkillər Kollegiyasının Hümbətovanı və Sadıqovu artıq repressiyalara məruz qalmış vəkillər siyahısına salmağa çalışmasından narahatıq. Azərbaycan Vəkillər Kollegiyasının əməlləri hüquqşünaslıq mənəviyyatına, standartlarına, prinsiplərinə və ittifaqına ziddir. Sizi bu əməllərə dərhal son qoymağa və Hümbətovanın və Sadıqovun Kollegiyaya tamhüquqlu üzvlüyünü təmin etməyə çağırırıq".

Ötən həftə Vəkillər Kollegiyası Şəhla Hümbətovanın vəkilliyinə xitam verib. Bunu ondan edilən şikayətlə və üzvlük haqqının gecikdirilməsi ilə əlaqələndirib.

Vəkil Elçin Sadıqovun yaydığı məlumata görəsə, Baş prokurorun birinci müavini Rüstəm Usubov ondan Vəkillər Kollegiyasına şikayət edib. Vəkil bunu özünə təzyiq kimi qiymətləndirir və baş verənlərlə bağlı ölkə rəhbərliyinə, eləcə də, beyməlxalq təşkilatlara müraciət ünvanlayıb.

Vəkillər Kollegiyası beynəlxalq təşkilatların bəyanatına hələlik münasibət bildirməyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/j8r2vo

Самое читаемое