E.Məmmədyarov və C.Bayramov

Source: Meydan TV

Caption: E.Məmmədyarov və C.Bayramov

Təhsil naziri XİN başçısı oldu

Article was updated on :  16 July 2020

Sərt tənqiddən sonra prezident Elmar Məmmədyarovu vəzifəsindən uzaqlaşdırdı

Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı sərəncamla Xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən uzaqlaşdırıb.

Dövlət başçısının digər sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsindən azad edilərək, Xarici işlər naziri təyin edilib.

1973-cü ildə Bakı şəhərində doğulan Ceyhun Bayramov Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2013-cü il Təhsil nazirinin müavini, 2018-ci ildə nazir təyin olunub.

Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycanın Xarici İşlər naziri vəzifəsində idi. Buna qədər o, Azərbaycanın İtaliyada səfiri olub. 2019-cu ilin iyul ayında Elmar Məmmədyarov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev 15 iyul müşavirəsində Elmar Məmmədyarovu sərt tənqid edərək, iyulun 12-də Tovuz istiqamətində döyüşlər başlayarkən, onu tapa bilmədiyini deyib. Elmar Məmmədyarov iyulun 15-də olan müşavirədə iştirak etməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/v2kuhu

Most Viewed