Xan Şeyxun

Source: google.az

Caption: Xan Şeyxun

Suriya üsyançıları 5 ildən sonra strateji Xan Şeyxundan geri çəkilib

Xan Şeyxun uzun müddət Suriyanın vətəndaş müharibəsində strateji nöqtə olub

Suriyanın müxalif qüvvələri və üsyançılar vilayətin strateji mövqedə yerləşən Xan Şeyxun şəhərindən geri çəkiliblər,- BBC xəbər verir.

Rusiya tərəfindən dəstəklənən hökumət qüvvələri üsyançıların əlinə keçməsindən beş il sonra şəhəri geri alıb.

Üsyançılar BBC-yə bildiriblər ki, döyüşçülər çərşənbə axşamı şəhərdən çıxıblar.

Lakin İdlib əyalətindəki əsas cihadçı qrup Hayat Tahrir al-Sham (HTS) rəsmi açıqlamasında qüvvələrin şəhəri tərk etməsini onların “yerdəyişməsi” olaraq xarakterizə edib.

Çərşənbə axşamı günü İngiltərədəki Suriya İnsan Hüquqları Müşahidəsi Qrupu hökumət qüvvələrininin əlinə keçmiş şəhərin taleyinin qeyri-müəyyən olduğunu deyib.

Lakin sonra HTS bəyanat yayaraq deyib ki, böyük bir bombardman altına alındıqdan sonra döyüşçülər yenidən şəhərə yerləşdirilib.

Xan Şeyxun uzun müddət Suriyanın vətəndaş müharibəsində strateji nöqtə olub.

Şəhər 2017-ci ildə BMT mütəxəssislərinin Suriyanı günahlandırdığı kimyəvi silah hücumunun edildiyi əsas şəhər olub. Hadisə ABŞ-ın hərbi hücumlara keçməsinə səbəb olmuşdu.

Səkkiz ildən artıqdır ki, Suriyadakı müharibə davam edir.

Xan Şeyxun həmçinin İdlib əyalətində strateji cəhətdən əhəmiyyətli döyüş bölgəsidir. Şəhər iki ən böyük şəhəri birləşdirən və üsyançıların ələ keçirdiyi ərazidən keçən Dəməşq-Hələb yolu boyunca yerləşir. Bu baxımdan əsas iqtisadi arter olan, Suriyanı şimaldan cənuba birləşdirən və Dəməşq, Homs və Hələpi bir-birinə bağlayan M5 yolu boyunca yerləşən şəhərin hökumət qüvvələri tərəfindən ələ keçirilməsi Prezident Əsəd üçün xüsusi önəm daşıyır.

Xan Şeyxunun götürülməsi həmçinin üsyançıların təchizat yolunun kəsilməsi deməkdir. Xan Şeyxunu itirmək həm də İdlibi ələ keçirən cihadçı və üsyançı qrupların ittifaqı olan Hayat Tahrir al-Shamın nüfuzuna zərbə olaraq qəbul edilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7qmdha

Most Viewed