Seymur Həzi və Nigar Həzi

Source: Mikroskop media

Caption: Seymur Həzi və Nigar Həzi

Seymur Həzinin həbs müddəti bitib

Jurnalist artıq azadlıqdadır

Jurnalist Seymur Həziyə verilən 30 sutkalıq həbs cəzasının müddəti bitib. Seymur Həzi azadlığa çıxıb.

Məlumatı onun həyat yoldaşı Nigar Həzi verib.

Seymur Həzi oktyabrın 17-də həbs olunmuşdu. Səbəb kimi onun metronun “Əhmədli” Stansiyasının yaxınlığında telefonda kiməsə yüksək səslə söyüş söyməsi göstərilmişdi.

İddialara görə, bu zaman polis əməkdaşları ona irad bildirib, intizama dəvət etsələr də, Seymur Həzi onların göstərişinə əməl etməyib, müqavimət göstərib.

Seymur Həzi isə bildirir ki, o, həyat yoldaşını gözləyərkən mülki geyimli üç nəfər onu tutub, 34-cü polis bölməsinə, oradan da Xətai Rayon Məhkəməsinə aparıb.

Xətai Rayon Məhkəməsinin 17 oktyabrda çıxardığı qərarla əvvəlcə 15 sutkalığa həbs olunub. Lakin Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov sözügedən qərardan apelyasiya şikayəti verib və Seymur Həzinin cəzasının sərtləşdirilməsini istəyib. Həmin apelyasiya şikayətinə oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Faiq Qasımovun sədrliyilə keçirilən prosesdə S.Həzinin həbs müddəti 30 sutkaya qaldırılmışdı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zoqwyv

Most Viewed