Təzəxan Mirələmli

Source: Google

Caption: Təzəxan Mirələmli

"Sərhədsiz reportyorlar" jurnalistə qarşı polis zorakılığını pisləyib

Article was updated on :  12 September 2019

“Jurnalistlərin işi zamanı onlara qarşı istənilən fiziki təqib informasiya azadlığının pozulmasıdır"

"Sərhədsiz reportyorlar" beynəlxalq jurnalistləri müdafiə təşkilatı "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə qarşı polis zorakılığını pisləyib.

“"Azadlıq" qəzetinin jurnalisti Təzəxan Mirələmli Bakıda məhkəmə binasının qarşısında polis tərəfindən zorakılığa məruz qalıb. Jurnalistlərin işi zamanı onlara qarşı istənilən fiziki təqib informasiya azadlığının pozulmasıdır", - "Sərhədsiz Reportyorlar" “Twitter” mikrobloqunda qeyd edir.

T.Mirələmli sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin binası yanında zorakılığa məruz qalıb. Həmin vaxt məhkəmədə müxalifətçi Ruslan Əmirlinin işi üzrə proses gedirmiş.

Polis jurnalistləri məhkəmə binasından kənara sıxışdırıb. Jurnalist hüququnun məhdudlaşdırılmasına etiraz edən T.Mirələmlini polis itələyib. Nəticədə reportyor yıxılaraq xəsarət alıb.

O bildirib ki, polisin qanunsuz hərəkətindən məhkəməyə şikayət edəcək.

Sərhədsiz Reportyorların tweeti

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  12 September 2019
Featured in:  
Shortlink:   http://mtv.re/xv4m11

Most Viewed