Aytac Əhmədova və Fərqanə Novruzova

Source: Meydan TV

Caption: Aytac Əhmədova və Fərqanə Novruzova

''Polis Prezident Administrasiyası qarşısında çəkiliş istəyinə görə də saxlayacaq''

Jurnalist: “Zorakılıqdan çəkinməyərək bölməyə gətirəcəklər”

Jurnalist Aytac Əhmədovanı mayın 23-də 3 saat Səbael Rayon Polis İdarəsinin 9-cu bölməsində saxlayıblar.

Bu barədə məlumat paylaşan Aytac Əhmədova heç bir çəkiliş aparmadığı və Prezident Administrasiyasının qarşısındakı parkda sadəcə dayandığı üçün saxlanıldığını bildirib:

“Heç bir çəkiliş etməmişəm. “Futbol+” qəzetinin əməkdaşlarını gözləyirdim. Onlar KİVDF-nin bu ildən maliyyələrini kəsdiyi üçün Prezident Administrasiyasına müraciətə gəlmişdilər. Elə bu zaman polislər məni zorakılıqla maşına mindirib 9-cu Polis Bölməsinə gətirdilər. Tamamilə qanunsuz şəkildə 3 saatdan çox saxlanıldım. Digər jurnalistlər - Fərqanə Novruzova və Türkan Bəşiri də “İçərişəhər” metrosu ilə üzbəüz dayandıqları, heç bir çəkiliş etmədikləri halda zorakılıqla saxlayıblar. Fərqanə Novruzovanın jileti də cırılıb”.

A.Əhmədova bölmədə onlara həmin ərazidə çəkiliş aparmağın qadağa olunduğunu deyiblər:

“Bizə konkret şəkildə bildirdilər ki, artıq rəsmi icazə olmadan (yeni heç bir şəkildə) çəkiliş etməyə imkan verilməyəcək və zorakılıq etməkdən çəkinməyərək bölməyə gətiriləcəyik. Bunu açıq-aşkar dedilər ki, əvvəllər icazə vardı, ancaq indi yoxdur. Göstəriş belədir. Heç bir halda Prezident Administrasiya qarşısında çəkiliş etmək bir qırağa, bunu istəmək də saxlanılmaqla nəticələnəcək. Bölmənin rəisi bildirdi ki, hər kəs gəlir orada şikayət edir, prezidentimizə qarşı çıxırlar, “istefa” deyə çığırırlar. Bu da bizim nüfuzumuza ziddir”.

Jurnalist bildirib ki, ölkədən çıxış stopu götürülsə də, ölkədaxili sərhədlər daralır:

“Düşünürəm ki, jurnalistlər, hüquq müdafiəçiləri birgə şikayət hazırlayıb verməlidir. Bizi sərhədləmələrinə, qanunsuzluqlarına qanuni don geyindirməklərinə imkan verməməliyik”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8o0dow

Most Viewed