Daxili işlər naziri Kristof Kastaner

Source: Foto: google.az

Caption: Daxili işlər naziri Kristof Kastaner

Paris küçələrində irqçiliyə qarşı etirazlar başlayıb

Etirazlar ABŞ-da irqçiliyə və polis zorakılığına qarşı başlamış nümayişlərdən ilhamlanıb

ABŞ nümayişlərindən ilhamlanan 20,000 insan Fransanın paytaxtı Parisin küçələrində mitinq edib.

“Guardian” xəbər verir ki, çərşənbə axşamı günü Paris polisi və etirazçılar arasında toqquşmalar baş verib. Qadağalara baxmayaraq 20,000-ə yaxın insan 2016-cı ildə qaradərili bir kişinin öldürülməsinə etiraz edib.

Etirazlar ABŞ-da irqçiliyə və polis zorakılığına qarşı başlamış nümayişlərdən ilhamlanıb.

Etirazçılar ABŞ-dakı mitinqlərdə səslənən şüarları təkrar edərək dörd il öncə Fransada öldürülmüş Adama Traoreyə ədalət tələb ediblər.

Etirazlar Traorenin ölümü ilə bağlı səbəbi açıqlayan iki fərqli tibbi nəticədən sonra baş verib. Fransada koronavirus səbəbiylə 10 nəfərdən artıq insanın bir araya toplaşması qadağandır.

AFP bildirir ki, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Daxili işlər naziri Kristof Kastaner (Christophe Castaner) “demokratiyada zorakılığa yer yoxdur” deyə çıxış edib.

“Bu axşam Parisdə ictimai küçələrdə etirazların hamının sağlamlığını qorumaq üçün qadağan edildiyi bir dövrdə baş verməsi heç bir şeyə haqq qazandırmır” deyə o, tvitində bildirib.

Aksiya iştirakçılarının bir çoxu keçən həftə silahsız qaradərili Corc Floydun son “mən nəfəs ala bilmirəm” sözünü şüar ediblər.

Etirazlar Lille, Marsey, Lion şəhərlərində də keçirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/cf9zry

Most Viewed