Source: google

Pakistan Kəşmirə görə Hindistanla əlaqələri azaldır

Article was updated on :  8 August 2019

Srinaqar şəhərinin küçələri artıq üçüncü gündür ki, boşaldılıb

Pakistan çərşənbə günü Hindistanla Yeni Dehlinin nəzarətində olan Kəşmir bölgəsinin statusunun ləğvindən sonra diplomatik əlaqələri azaldacağını və əzəli rəqibi ilə apardığı ikitərəfli ticarəti dayandıracağını deyib, - “Reuters” xəbər verir

Çin və Pakistan Hindistanın ölkənin azlıqda olan müsəlmanlarının əksəriyyət şəkildə yaşadığı tək ərazisində müsəlmanlara öz qanunlarını qəbul etmə imkanı verən konstitusiya müddəasının ləğv etməsinə qarşı çıxıblar.

Nüvə silahına sahib Hindistan və Pakistan iki dəfə Kəşmir üzərində müharibə edib. Bu ilin fevralında hər iki tərəf hava sahəsində münaqişə yaşayıblar. 30 ildir Kəşmirdəki üsyançılarla mübarizə aparan Hindistan bölgəyə verilmiş xüsusi statusun Kəşmirin inkişafına mane olduğunu və bölgəni ölkənin qalan hissəsinə tam integrasiya etdirilməsini istədiyini deyib.

Hindistanın Xarici İşlər Nazirliyinin sözcüsü Pakistanın hərəkətinə münasibət bildirmək istəməyib.

Minlərlə Hindistan təhlükəsizlik qüvvəsi bu həftə Kəşmirdə vəziyyəti nəzarət altında tutmağa çalışır. Bölgədə xüsusi status ləğv edildikdən sonra telefon və internet xidmətləri dayandırılıb. Kəşmirdə etiraz aksiyaları genişlənməkdədi

Srinaqar şəhərinin küçələri artıq üçüncü gündür ki, boşaldılıb. Demək olar ki, bütün mağazalar bağlanıb, bəzi apteklərə qadağalar qoyulub. Silahlı federal polis şəhər daxilində insanların hərəkətini məhdudlaşdıran səyyar nəzarət məntəqələri qurub.

“Bazar günü başlayan telekommunikasiya kəsintisinə görə qəzəb içərisində olan gənc etirazçılar əsgərlərə və polisə daş atırlar,“- şahidlər deyir.

“The Huffington Post” yazır ki, xəstəxanaya gözündən yaralı 13 nəfər yerləşdirilib. Hindistanın Daxili İşlər Nazirliyi insidentdən xəbərsiz olduğunu deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  8 August 2019
Featured in:  
Shortlink:   http://mtv.re/i998tv

Most Viewed