Qurbanqulu Berdimuhammedov

Source: meydan tv

Caption: Qurbanqulu Berdimuhammedov

''Öldü'' xəbəri yayılan Türkmənbaşı konfransda çıxış edib

Berdimuhammedov 20 dəqiqə canlı yayımda danışıb

Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov iyul ayının 5-dən bəri öldü və ya komaya düşdü xəbərlərindən sonra ilk dəfə olaraq ölkədə keçirilən Xəzər İqtisadi Forumunda ictimaiyyət qarşısında çıxıb, açılış nitqi söyləyib,- Azadlıq Radiosu xəbər verir.

Avqustun 12-də Berdimuhammedov Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza turizm zonasında keçirilən konfransdan canlı yayımlanan çıxışı üçün 20 dəqiqədən çox kürsüdə dayanıb.

Berdimuhammedov sağlam və gümrah görünüb və aydın səlis nitqiylə yaddaşlarda qalıb.

Avqustun 12-də keçirilən konfransdakı digər qısa videolarda Berdimuhammedovun Rusiya, Azərbaycan və Qazaxıstan baş nazirləri, o cümlədən İranın Birinci vitse-prezidenti Eşaq Cahangiri ilə ayrıca görüşü göstərilib.

Konfrans salonundakı fotolarda Berdimuhammedov Rusiyanın Baş naziri Dmitri Medvedevin yanında oturub.

Berdimuhammedovun ölümü ilə bağlı təsdiqlənməmiş xəbərlər Rusiya mediası tərəfindən iyulun 20-də yayılıb. Türkmənbaşı bu xəbərlərdən iki həftə öncə ictimaiyyət qarşısına çıxmışdı. Bu səbəbdən 62 yaşlı avtoritar liderin ölümünə inam artmışdı.

Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev Rusiya radiostansiyasına və “govoritmoskva.ru” internet xəbər portalına Berdimuhammedovun kəskin böyrək çatışmazlığından öldüyü xəbərini verəndə Türkmənbaşı bir həftə idi rəsmi olaraq tətildəydi.

Rubayevin dedikləri bir sıra başqa rus media qurumları tərəfindən istinad edildikdən sonra Rubayev ikinci dəfə çıxış edərək dediklərinin əsassız olduğunu dilə gətirmişdi.

Ancaq Berdimuhammedovun ictimai olaraq görünməməsi onun sağlığı ilə bağlı spekulyasiyaları artırmışdı. Türkmən liderinin xəstəxanada komaya düşdüyü və ya öldüyü qeyd edilirdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bgb870

Most Viewed