“Müsəlman Birliyi” hərəkatının İdarə Heyətinin üzvü Fərhad Muradov

Source: meydan tv

Caption: “Müsəlman Birliyi” hərəkatının İdarə Heyətinin üzvü Fərhad Muradov

Nardaran məhbusunun durumunun ağırlaşdığı deyilir

''Məsuliyyəti Azərbaycan iqtidarı daşıyır''

2015-ci ilin sonunda Nardaran hadisələri ilə əlaqədar həbs olunan “Müsəlman Birliyi” hərəkatının İdarə Heyətinin üzvü Fərhad Muradovun səhhətindəki problemlərlə əlaqədar vəziyyəti ağırlaşıb. Bu barədə Meydan TV-yə məlumat verən yaxınları bildirib ki, F.Muradova təcili lazımi tibbi yardım göstərilməsə, o, həyati təhlükə ilə üz-üzə qalacaq.

Yaxınlarının sözlərinə görə, F.Muradov Hepatit C xəstəliyindən əziyyət çəkir: “Amma qaraciyərilə yanaşı, başqa daxili orqanlarında da problemlər var. Hətta dalağındakı ağrılara görə huşunu itirib. Baxmayaraq ki, təcili şəkildə ciddi müalicəyə ehtiyacı var, mütləq müalicə müəssisəsinə köçürülməlidir, amma eləmirlər. Hətta məhbus yoldaşları da onun vəziyyətinin ağırlığına görə cəzaçəkmə müəssisəsinin nəzarətçilərinə dəfələrlə müraciət ediblər. Amma niyəsə adamı müalicə müəssisəsinə köçürmək istəmirlər. Nəzərə almırlar ki, müalicəsi gecikdirildiyi hər keçən gün onun ziyanınadır".

"Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov da F.Muradovun durumunun ağır olduğunu və onun başına gələcək hadisəyə görə hökumətin məsuliyyət daşıdığını bildirib:

"Biz özümüz də həbsdəykən şahidi olmuşuq ki, cəzaçəkmə müəssisələrində tibbi yardım demək olar, yox dərəcəsindədir. Ciddi xroniki xəstəlikdən əziyyət çəkən bir insan daim həkim nəzarətində olmalıdır. Bu baxımdan, məsul olan dövlət qurumlarına səslənirik ki, onsuz da günahsız olduğu halda, şərlənərək həbs edilmiş Fərhad Muradovun ən azı, müalicə müəssisəsinə köçürülməsi təmin edilsin. Əks təqdirdə, ilahiyyatçıya qarşı həyati təhlükəyə, baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti Azərbaycan iqtidarı daşıyır".

F.Muradov 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib ki, aprelin 23-də F.Muradovda böyrək sancısı olub və müəssisənin tibb-sanitar hissəsində ona dərhal tibbi yardım göstərilib. İ.Qurbanovun sözlərinə görə, onun vəziyyəti az sonra stabilləşib, hazırda da normaldır.

Rəis müavini əlavə edib ki, F.Muradov həbsindən əvvəl Hepatit C xəstəliyinə yoluxmuşdu və bununla əlaqədar da durumu nəzarətdə saxlanılır.

F.Muradov Nardaran hadisələrilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 12 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, özünü təqsirli bilmir, dövlət çevrilişi, silah-sursat saxlama ittihamlarının saxta olduğunu, evindən tapıldığı iddia olunan silahları ora polislərin özlərinin atdığını bildirir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/27genn

Most Viewed