Seymur Həzi

Source: Meydan TV

Caption: Seymur Həzi

Merkelin “məkri”

Almaniya nəinki Ermənistanı, Rusiyanı da qarşısına aldı

Almaniya kansleri xanım Angela Merkel deyib ki, Kırım və Qarabağda olduğu kimi ərazi bütövlüyü və suverenliyin pozulması hamımız üçün təhdiddir. Bu açıqlamaya hələ heç bir Azərbaycan rəsmisi reaksiya verməyib. Baxmayaraq ki, belə bir fikrin AŞPA kimi mühüm beynəlxalq təşkilatın tribunasından bütün dünyanın qulağına, Rusiyanın isə üzünə söylənməsi mühüm siyasi hadisədir. Ona görə mühümdür ki, Azərbaycan hakimiyyətində hələ nəinki buna bənzər fikir səsləndirməyə, hətta deyilmiş fikri dəstəkləməyə cəsarəti çatan birini müşahidə edə bilmirik. Belə olan halda xanım Merkelin açıqlaması bizim üçün həm də siyasi dəstəkdir. Özü də Avropanın ən böyük dövlətinin dəstəyi. Amma bu dəstək barədə rəsmi orqanlar hələ də susur.

Münaqişə bitib, suverenlik yoxdur

İlham Əliyev hər fürsətdə deyir ki, münaqişə bitib, konfilikt arxada qalıb. İstisna olaraq son çıxışlarından birində bəzi sualların qaldığını dedi. Konfiliktin arxada qalması o deməkdir ki, ya bütün suallar aradan qalxıb, ya da biz çətin suallardan birdəfəlik imtina etmişik. Bunu rəsmən etmədiyimiz müddətdə həm də bu çətin suallar- Xankəndi, Xocavənd, Ağdərə, Əskəran və Xocalının taleyi - barədə rəsmi məsuliyyət daşıyırıq. Xanım Merkel isə bizə xatırladır ki, cavab tapmada kömək edə bilər. Yetər ki, biz heç olmazsa özümüzü düşünürmüş kimi göstərək, başımızı qaşımağa cəhd edək. Merkel deyib ki, ərazi bütövlüyü pozulub, suverenlik yoxdur. O zaman nə həll olunub və münaqişə necə bitib? Bunu Almaniyanın kansleri səviyyəsində eşitmək diplomatiyamızı son dərəcə cəsarətləndirməlidir. İlk öncə Xankəndində planlaşdırılan paradın qarşısını almaq üçün bir fürsətə çevrilməlidir.

Rusiya üçün yeni cəbhə

Kreml uzun zamandır Krım məsələsində dünya birliyi ilə üz-üzə idi. Ancaq görünür ki, son zamanlar Qərb siyasi çevrələrində təkrarlanan “Cənubi Qafqaz” ifadəsi yerini “Qarabağ” sözünə verir. Beləliklə, Rusiya artıq Krımla bərabər Qarabağla bağlı da qınanacaq. Bunun siyasi mənası odur ki, Rusiyanın bu bölgıdəki faktiki işğalı nəinki heç kimdə şübhə doğurmur, hətta açıq siyasi reaksiyalara səbəb olacaq qədər təhlükə kəsb edir. Merkelin belə bir ifadə işlətməsi həm də başqa tərəddüd edənləri cəsarətli olmağa sövq etmək üçündür. Bu tendensiyanın davam etməsi Rusiyanın bölgədə özünü korrektə etməsi ilə nəticələnməsi üçün Azərbaycan da bir balaca cəsarətli davranmalı, dəstəkdən düzgün istifadə etməlidir.

Almaniya nəyi sübut etdi

Merkelin bu açıqlaması son aylarda Almaniyada Azərbaycan hökumətinə bağlı korrupsiya araşıdırmalarına da aydınlıq gətirdi. Almaniyanı ermənipərəstlikdə ittiham edənlər gördülər ki, bu ölkə həqiqət üçün nəinki Ermənistanı, hətta Rusiyanı da qarşısına almağa hazırdır. Bunu gördülər, amma susdular. Eyib etməz, susmaq da razılıq əlamətidir...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iql9vt

Most Viewed