İzmir

Source: https://www.hurriyet.com.tr/

Caption: İzmir

İzmirdə zəlzələ: 12 nəfər ölüb, 419 nəfər yaralanıb (yenilənir)

Article was updated on :  30 October 2020

21.02. İzmirdə baş verən zəlzələ nəticəsində 12 nəfər ölüb, 419 nəfər yaralanıb.

***

17.52. İzmirin Urla və Səfərihisar rayonlarında 3 dəqiqəlik ara ilə daha 2 zəlzələ də olub. Hər ikisi 4 bal gücündə qeyd edilib.

AFAD bildirilib ki, Urladakı yeraltı təkan 25 km, Səfərihisardakı isə 7 km dərinlikdə olub. Həmçinin Egey Dənizində, Yunanıstanın Samos adasının yaxınlığında 2,5 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.

İzmirin Bayraklı rayonundakı binaların içində dağılanlar var.

***

Zəlzələ nəticəsində bəzi binalara ziyan dəyib

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərinin Səfərihisar bölgəsi yaxınlığında 6.6 bal gücündə zəlzələ olub. Zəlzələ İstanbul və Bursa da daxil olmaqla Egey və Marmara dənizi bölgələrində hiss edilib.

CNN Türk xəbər verir ki, Kandilli Rəsədxanası təkanın gücünü 6.8 olaraq elan edib. Zəlzələ nəticəsində İzmirdəki bəzi binalara ziyan dəyib.

Türkiyə Fövqəladə Hallar İdarəetmə Nazirliyinin (Acil Durum Yönetimi Başkanlığı AFAD) məlumatına görə, zəlzələ İzmirin Səfərihisar bölgəsindən 17 kilometr kənarda, Egey dənizində, saat 14.51-də baş verib. Nazirlik zəlzələni 6.6 bal gücündə olduğunu bildirib.

Eyni zamanda, zəlzələnin 16,54 kilometr dərinlikdə meydana gəldiyi müəyyənləşib.

İzmir

İzmir

Source: DHA

İzmir meri Köşgerin sözlərinə görə, hələlik, can və mal itkisi ilə bağlı bir məlumat yoxdur:

“Hadisə yerinə gedəcəyik. Məlumat olduqca bölüşəcəyik”.

CNN TÜRK-ün canlı yayımına telefonla qoşulan Səfərihisar Bələdiyyəsinin başçısı İsmayil Yetkin isə təkanların hələ də davam etdiyini söyləyib:

“Hələlik, çox pis xəbərlər almamışam”.

İstanbulun rəsmi qurumları bu şəhərdə hiss olunan zəlzələ ilə bağlı hələlik, heç bir məlumat bölüşməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  30 October 2020
Featured in:  
Shortlink:   http://mtv.re/zd4800

Most Viewed