Nik Karter

Source: https://news.sky.com/

Caption: Nik Karter

İngiltərə silahlı qüvvələrinin rəisi: Yeni dünya müharibəsi riski var

“Müharibənin dəhşətlərini unutsanız, insanlar müharibə etməyin ağlabatan bir şey olduğunu düşünə bilər"

İngiltərə silahlı qüvvələrinin rəisi hazırda mövcud olan kiçik münaqişələrin nəzarətdən çıxaraq daha çox ölkəni və silahı cəlb edəcəyi təqdirdə yeni bir dünya müharibəsi riski olacağıyla bağlı xəbərdarlıq edib.

General Nik Karter (Nick Carter) COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadi böhranın təhlükəsizlik baxımından yeni təhdidlərə, hətta müharibəyə səbəb ola biləcəyini söyləyib.

Bazar günü “Sky News” üçün verdiyi müsahibəsində müdafiə heyəti, 90 min əsgəri və 30 min robotu əhatə edə biləcəyini söyləyərək İngiltərə ordusunun 2030-cu illərdəki vizyonunu təqdim edib.

Advertisem.

Eyni zamanda, o, bu ay ordunun müasirləşdirilməsi üçün lazım olan uzunmüddətli investisiyalara fürsət verməsi üçün xəzinədə çoxillik büdcə tənzimlənməsi edilməsi arzusunu açıqlayıb.

Kansler dövlət departamentləri üçün çoxillik xərclərin nəzərdən keçirilməsi planlarını COVID-19 ilə əlaqədar qeyri-müəyyənlik səbəbi ilə noyabr ayında ləğv edib. Bunun yerinə bir illik büdcələr hazırlanır, ancaq Müdafiə Nazirliyinin fərqli bir həll yolunun olub-olmaması barədə danışıqlar aparılır. Yüksək rütbəli zabitin yaxınlaşan siyasi qərarı şərh etməsi qeyri-adi vəziyyətdir.

Londonda yerləşən Milli Ordu Muzeyində çıxış edən General Karter, ölkənin COVID-19 böhranı ilə üzləşdiyi və artan iqtisadi böhranın yaşandığı bir dövrdə də “xatırlamağın” əhəmiyyətini vurğuladı.

"Bu, ölkəmizə xidmət edərkən həyatını itirənlərə hörmət etməkdir və əlbəttə ki, onlar yaşayış tərzimizi və azadlığımızı qorumaq üçün bunu etdilər. Düşünürəm ki, bunu unutsaq, çox təhlükəli olar", – o qeyd edib.

Bunun niyə təhlükəli olduğunu soruşduqda isə "çünki düşünürəm ki, unudacağımız şey müharibənin əsl dəhşətidir. Müharibənin dəhşətlərini unutsanız, insanlar müharibə etməyin ağlabatan bir şey olduğunu düşünə bilər", – o əlavə edib.

Keçmiş iqtisadi böhranlar təhlükəsizlik böhranlarına yol açıb və general pandemiyanın dünya iqtisadiyyatına təsiri nəzərə alınaraq bunun yenidən baş verə biləcəyindən narahat olduğunu qeyd edib.

“Düşünürəm ki, dünyanın çox qeyri-müəyyən və narahat bir yer olduğu bir dövrdə yaşayırıq ”,- o əlavə edib.

"Düşünürəm ki, hazırda davam edən bir çox regional münaqişələr real risk daşıyır. Yalnış hesablanma aparmağa səbəb olan gərginliyi görə bilərsiniz və düşünürəm ki, buna qarşı tədbir görməliyik".

Yanlış hesablama ilə nəyi nəzərdə tutduğunu açıqlayan hərbi rəhbər:

"Baş qəhrəmanlar hərəkətlərinin nəticələrindən xəbərsiz olduqlarından, bu, gərginliyə gətirib çıxarır. Yəni bəlkə də, bu, daha çox insanın işə qarışması, daha çox silah olması deməkdir”.

"Xatırlamalıyıq ki, tarix təkrarlana bilməz, ancaq bunun bir tempi var və hər iki dünya müharibəsindən əvvəl keçən əsrə baxsanız, bunun səhv hesablanmaya səbəb olan və nəticədə bir daha görməyəciyimizə ümid etdiyimiz miqyasda müharibəyə gətirib çıxaran bir artım olduğu mübahisəsiz idi".

Başqa bir dünya müharibəsi təhlükəsinin gerçək olub-olmamasını soruşduqda general Karter: "Mən bunun bir risk olduğunu deyirəm və düşünürəm ki, bu risklərdən xəbərdar olmalıyıq. Bu səbəbdən xatırlamaq vacibdir, çünki geriyə baxsanız, onların təcrübəsindən və bu gün dünyada ortaya çıxdığını gördüyümüz regional münaqişələri necə idarə etdiyinizə dair çox diqqətli olduğunuzdan əmin olaraq ehtiyatlı olacaqsınız".

“O, hansı münaqişələri nəzərdə tutduğunu göstərməyib. Ancaq Türkiyə Dağlıq Qarabağda Rusiyanın müttəfiqi Ermənistana qarşı Azərbaycanı dəstəkləyib, dağlıq bölgədəki qarşıdurmada altı həftədə ən azı 1000 nəfərin ölümü ilə nəticələnən qarşıdurma baş verib”, - “Sky News” yazır.

Sayt daha sonra yazır ki, Rusiya, İran, ABŞ və İngiltərə kimi ölkələrin Suriya və ya ətrafında əməliyyatlara qatılan qüvvələri var. Bu arada Ukraynada ölkənin şərqindəki Rusiya tərəfindən dəstəklənən separatçılarla Ukrayna hökumətinin qüvvələri arasında qarşıdurma davam edir.

Britaniyaya qayıdan yüksək rütbəli komandir, Xəzinənin müdafiəni çoxillik büdcə razılaşması ilə təmin edib-etməyəcəyini bilmədiyini söyləyib. General: "Hazırda danışıqlar çox konstruktiv bir şəkildə davam edir",- deyə qeyd edib.

“Lakin bizim perspektivdən belə bir şeyi açıq şəkildə müzakirə etməyə hazırlaşırıq, çünki uzunmüddətli sərmayəyə ehtiyacımız var, uzunmüddətli investisiya bizə müasirləşdirməyə etibar etmək imkanı verir”.

“Müasirləşdirmə, əsasən sənaye dövründən etibarən bəzi imkanları dayandıracağınız və bir məlumat əsri üçün lazım olan bəzi imkanları səbirsizliklə gözləyəcəyiniz anlamına gəlir. Bunu etmək üçün özünüzə güvənməli, əlbəttə ki, uzunmüddətli sərmayənizə etibar etməlisıniz".

Müdafiə analitikləri Boris Conson (Boris Johnson) hökuməti tərəfindən idarə olunan müdafiə, təhlükəsizlik və xarici siyasətdə böyük bir silkələnmənin hərbi elementini maliyyələşdirmək üçün çoxillik büdcəyə ehtiyac olduğunu söyləyirlər.

“Integrated Review” adlı sənədlər bu ay açıqlanmalı idi, ancaq pandemiya səbəbiylə yenə də təxirə salınacağı görünür. Halbiki bu ilin əvvəlində çıxması gözlənilirdi.

Analitiklər bu sənəddən tank kimi ağır zirehli silahlarda azalma, daha yüngül, çevik qüvvələrin yanında kiber silahlar və nəqliyyat vasitələrinə, təyyarələrə daha çox diqqət verilməsini gözləyirlər.

"Düşünürəm ki, 2030-cu illər üçün hazırlanmış silahlı qüvvə görəcəksiniz", - General Karter beli deyib: "Gecə ora çatmayacaqsan, amma səyahət istiqaməti budur".

““Integrated Review” sənədlərində yayılan, 82.000 əsgərlik bir ordu üçün hədəflənən sayda bir kiçilməmi olacaq”,- deyə bir az daha aydınlaşdırmasını istədikdə, ordu rəisi deyib:

"Xeyr, bunu izah edə bilmərəm. Xüsusən qərarlar olmadığına görə, mənim nəzərdə tutduğum şey, təsirləri necə fərqli ölçdüyümüzü düşünməyimizdir. Demək istədim ki, 120.000 nəfərlik bir ordumuz ola bilər, bəlkə bunları 30 mini robot ola bilər. Kim bilir….

Ancaq cavab budur ki, bəlkə düşüncələrimi nə etməli olduğumuza deyil, əldə edə biləcəyimizin təsirinə, həqiqətən axtarmalı olduğumuz şeyləri təyin edən rəqəmlərə yönəltməliyik".

Sayt yazır ki, silahlı qüvvələr hökumətin bu pandemiyaya qarşı reaksiyasında əsas rol oynayır və şəhərdə kütləvi koronavirus testi keçirilməsinə kömək etmək üçün təxminən 2000 heyət Liverpola göndərilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dadx9d

Most Viewed