Demokratik Təşəbbüslər İnstitutu

Source: meydan tv

Caption: Demokratik Təşəbbüslər İnstitutu

İDİ Azərbaycandakı mülkiyyət hüququ ilə bağlı araşdırma aparıb

“Mənzilləri qaçqın və köçkünlər tərəfindən zəbt edilmiş şəxslərlə bağlı məhkəmə qərarları icra olunmur”

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandakı mülkiyyət hüququ ilə bağlı 37 şəxs barəsində 14 fərqli qərar çıxarıb.

Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupunun hesabatında qeyd edilib.

Sənəddə deyilir ki, 33 şəxslə bağlı qərarların 8-i yalnızca kompensasiyalar barədədir. Kompensasiyalar barəsində çıxarılan 33 şəxslə bağlı qərarlar tam şəkildə icra olunub. Ümumilikdə 33 şəxs barəsində Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarlarda kompensasiyaların miqdarı 354 229,06 avro olub.

Bundan əlavə, sənəddə o da qeyd edilir ki, 2017-ci ildə dövlət büdcəsindən AİHM-də Azərbaycanın maraqlarını qorumaq və orada çıxarılan qərarların icrasına 1 milyon manat ayrılıb. 2018-ci ildə isə bu məbləğ 100 faiz artırılıb və rəqəm 2 milyon manatdan çox olub.

Hesabata gəldikdə isə 29 şəxslə bağlı qərarlar isə daxili məhkəmələrin qərarlarının icrası ilə bağlı olub. Bunlardan 25-i həm kompensasiya, həm də daxili məhkəmələrin qərarlarının icrası yəni restitusiyadır (mülki-hüquqi müqavilələrin bir növü). 4 qərar isə ancaq restitusiya ilə bağlı olub. Daxili məhkəmə qərarlarının icrası ilə bağlı çıxarılan 29 şəxslə bağlı qərarlar isə hələ icra olunmayıb.

İnstitutun hesabatındakı ərizəçilərin hamısı vaxtilə mənzilləri qaçqın və məcburi köçkünlər tərəfindən zəbt olunmuş şəxslərdir. Yerli məhkəmələr həmin mənzillərin boşaldılıb sahiblərinə geri qaytarılması haqda qərarlar çıxarıb, amma uzun illərdir ki, icra olunmur. Dövlət də bu illər ərzində sözügedən qərarların icrası – mənzillərin boşaldılması üçün heç bir addım atmayıb və ümumiyyətlə adekvat tədbir görməyib:

“Daxili məhkəmə qərarlarının icra vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi sorğu ünvanlanıb, lakin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daxili məhkəmə qərarlarının icrası ilə bağlı sorğuya cavab verməməklə bir daha qətnamənin icrasında maraqlı olmadığını göstərib. Bu isə Konvensiyanın pozulmasına gətirib çıxarır”.

Hesabatın tərtib olunması zamanı 37 qərarla bağlı araşdırmalar nəticəsində məlum olub ki, 33 qərarda göstərilən kompensasiyalar Azərbaycan Respublikası tərəfindən ödənilib:

“Lakin daxili məhkəmələrin qərarlarının icrası ilə bağlı 29 qərar isə Azərbaycan Respublikası tərəfindən hələ də icra olunmayıb”.

Araşdırma sənədi Avropa Məhkəməsi tərəfindən mülkiyyət hüququna dair çıxarılan qərarlarla bağlı vəkillər və şikayətçilərdən alınmış məlumatların nəticələrinə əsaslanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ef4bor

Most Viewed