Həyətində min ədəddən çox narkotik tərkibli kol əkməkdə şübhəli bilinən şəxs saxlanılıb

Məlumata görə, D.Ardatyev polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üstündə axtarış aparılan zaman narkotik maddə marixuana aşkar olunaraq götürülüb

Source: Foto: report.az


Evindən 65 kiloqram qurudulmuş marixuana tapıldığı bildirilir

Bakının Buzovna qəsəbəsində həyətyanı sahəsində olan istixanada kultivasiya yolu ilə 1206 ədəd narkotik tərkibli çətənə kolu yetişdirməkdə şübhəli bilinən Eldəniz Rüstəmov Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.



Report

” saytının məlumatına görə, yetişdirilən kolun ümumi çəkisi 556 kiloqram olub.

Bundan başqa orada 65 kiloqram qurudulmuş marixana kütləsi aşkar edilərək götürülüb.

Məlumata görə, E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

E.Rüstəmovun narkotik tərkətənə kollarını yetişdirməsi əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlanıldıqdan sonra məlum olub. Məlumata görə, D.Ardatyev polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üstündə axtarış aparılan zaman narkotik maddə marixuana aşkar olunaraq götürülüb. D.Ardatyev ilkin sorğu zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarının çöl tərəfinə əyilmiş spesifik iyi olan bitki yarpağınınbir neçəsini yığıb və özündə saxlayıb.

Ana səhifəXəbərlərHəyətində min ədəddən çox narkotik tərkibli kol əkməkdə şübhəli bilinən şəxs saxlanılıb