Baş Prokurorluq

Source: Meydan TV

Caption: Baş Prokurorluq

“Əgər hökumətə həbs etmək üçün günahsız adamlar lazımdırsa, bizi tutsun...”

Qarabağ yürüşünə görə həbs olunanların valideynləri Baş Prokurorluğun qarşısına toplaşdı

Qarabağa dəstək yürüşünə görə həbs olunanların, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının valideynləri və digər yaxınları avqustun 10-da Baş Prokurorluğun qarşısına toplaşıblar. Bildiriblər ki, həbs edilən ailə üzvləri haqda heç bir məlumat ala bilmirlər, onların yaxınlarıyla telefon əlaqəsi və görüşmək hüququ məhdudlaşdırılır.

Həbs olunan cəbhəçilərin yaxınları deyir ki, onların arasında elələri var, ümumiyyətlə, həmin yürüşdə iştirak etməyib. Onlar AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov və digərlərinin adlarını çəkiblər:

“Övladlarımız haqqında heç bir məlumat ala bilmirik. Birincisi, bu adamlar günahsızdır. İkincisi, hətta ən ağır cinayətdə ittiham olunan şəxslərin də hüquqları var, təmin olunmalıdır. Nə telefonla danışa bilirik, nə görüşə bilirik. Onlara işgəncə verilməsi barədə məlumatlar var. Necədilər, bilmirik. Belə haqsızlıq, belə hüquqsuzluq olmaz axı...”.

Valideynlərdən bir neçəsi deyib ki, əgər hökumətə günahsız adamları həbs etmək lazımdırsa, onları tutub, övladlarını buraxsınlar.

“Əgər erməniyə güllə atmaq, Qarabağı istəmək cinayətdirsə, o zaman mən də cinayətkaram. Məni da həbs eləsinlər. Mən 1988-ci ildən Şuşadan başlayaraq, Azərbaycanın bütün ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Altı il ermənilərə qarşı vuruşmuşam”, - deyə Ramid Nağıyevin atası Zikrulla Nağıyev bildirib.

Koronavirus yayma ittihamıyla həbs olunan Məhəmməd İmanlının atası da oğlunun günahsız olduğunu vurğulayıb.

“Oğlum günahsızdır, həbsinin yeganə səbəbi cəbhəçi olmasıdır. Mən də cəbhəçiyəm. Gəlib məni də tutsunlar...”, - bunu isə Baba Süleymanovun anası Sabiqə Paşayeva deyib.

Baş Prokurorluqda şikayətçilərə bildirilib ki, onları İstintaq İdarəsinin rəisi Nemət Əvəzov qəbul edəcək. Valideynlər Baş Prokurorluğun İstintaq İdarəsinə yollanıblar.

Qarabağ yürüşü üzrə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Qarabağa dəstək yürüşünə görə həbs olunanların sayı barədə rəsmi açıqlama yoxdur. AXCP bu cinayət işi üzrə 17 fəalının həbs edildiyini açıqlayıb. Yürüşdən sonra daha 16 nəfər cəbhəçiyə isə inzibati qaydada 30 sutkalıq həbs cəzası verilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9v4bbw

Most Viewed