Koronavirus

Source: Foto: sosial şəbəkə

Caption: Koronavirus

Dünyada koronavirusa yoluxanların sayı 234 min nəfərə yaxınlaşıb

Article was updated on :  20 March 2020

Britaniya hökuməti təqaüddə olan tibb işçilərini geri qayıtmağa çağırıb

Britaniya hökuməti koronavirusla mübarizə aparmaq üçün təqaüddə olan 65 min səhiyyə işçisindən işə qayıtmağı xahiş edib.

“BBC”-nin xəbərinə görə, səhiyyə naziri Metyu Henkok ümid edib ki, təqaüddə olan 50 min tibb bacısı və 15 min həkimdən minlərlə müsbət cavab gələcək.

Bundan başqa Böyük Britaniyada koronavirusa yoluxanların müalicəsi üçün könüllüləri də cəlb edəcəklər və onlar bir neçə həftə hazırlıq kursu keçəcəklər. Hökumət ali tibb məktəblərinin sonuncu kurslarında oxuyan tələbələri də bu işə cəlb edəcək.

Martın 20-i Bakı vaxtı ilə 09:00-a olan vəziyyətə əsasən dünyada koronavirusa yoluxanların sayı 233 min 838 nəfərə çatıb. Virusdan ölənlərin sayı 9 min 840, sağalanların sayı 85 min nəfərdən çoxdur.

İtaliyada koronavirudan ölənləri sayı Çində ölənləri sayını ötüb. 2019-cu ilin dekbarından Çində koronavirusdan 3 min 248, İtaliyada 3 min 405 nəfər ölüb.

İtaliyada virusa yoluxanların sayı 41 min 35 nəfərə çatıb.

Dövlətlərin verdiyi rəsmi rəqəmlərə əsasən: İranda 18 min 407 nəfər yoluxub (1284 nəfər ölüb), İspaniyada 17 min 147 nəfər yoluxub (767 nəfər ölüb), Almaniyada 10 min 999 nəfər yoluxub (24 nəfər ölüb), Fransa 10 min 995 nəfər yoluxub (372 nəfərə ölüb), ABŞ-da 10 min 442 nəfər yoluxub, (150 nəfər ölüb), Cənubi Koreyada 8 min 652 nəfər yoluxub, (94 nəfər ölüb), İsveçrədə 3 min 438 nəfər yoluxub (33 nəfər ölüb), Böyük Britaniyada 3 min 269 nəfər yoluxub (144 nəfər ölüb), Niderlandda 2 min 460 nəfər yoluxub (58 nəfər ölüb), Avstriyada 2 min 13 nəfər yoluxub (6 nəfər ölüb), Yaponiyada karantində olan İokohame kruiz layneri də daxil olmaqla 1760 nəfər yoluxub (39 nəfər ölüb), Norveçdə 1552 nəfər yoluxub (6 nəfər ölüb), Belçikada 1486 nəfər yoluxub (14 nəfər ölüb), İsveçdə 1423 nəfər yoluxub (10 nəfər ölüb), Danimarkada 1151 nəfər yoluxub (4 nəfər ölüb).

Fransada isə Kann kinofestivalılnın təxirə salındığı bildirilib. Festival mayın 12-dən 23-ə qədər keçirilməli idi. Festival 1946-cı ildən bu yana hər il keçirlir. Festivalın keçirilməsi üçün yeni tarix səhiyyə nazirliyi ilə məsləhətləşmələrdən sonra elan ediləcək.

Yaponiya isə hələ də Yay Olimpiya Oyunlarının vaxtından keçiriləcəyinə ümid edir. Afinada yandırılmış olimpiya məşəli Tokioya gətirilib. Məşəlin Tokioya verilməsi mərasimi qısaldılıb və tamaşaçılarsız keçirilib.

Olimpiadanın keçirilib-keçirilməyəcəyi məsələsi hələ də açıq qalıb.

Belçikada virusoloq Mark van Ranst yerli telekanala müsaibəsində bildirib ki, epidemiya 10 həftəyə qədər davam edə bilər.

Mütəxəssis proseslərin gedişatını Çinin Vuxan şəhərində hadisələrin gedişatı ilə müqayisə edib və nəhayət ki, orada koronavirusa yeni yoluxma halının olmadığını bildirib.

Onun sözlərinə görə, Avropada yaxın günlərdə koronavirusa yoluxanların sayının kəskin artacağını və prosesin bir neçə həftə belə davam edəcəyini deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  20 March 2020
Featured in:  
Shortlink:   http://mtv.re/9vqgn8

Most Viewed