Samiq Əzizov

Source: Azadlıq Radiosu

Caption: Samiq Əzizov

DTX-nın saxladığı polkovniki məhkəmə azadlığa buraxdı

Həbs olunanların işi bir neçə qrupa ayrılıb

Ötən ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və prokurorluğun birgə əməliyyatı nəticəsində həbs olunan Dövlət Sərhəd Xidmətinin (DSX) vəzifəli şəxslərinin işi istintaqın sonunda bir neçə qrupa ayrılıb. Həbs olunanlardan bəziləri tək, bəziləri isə bir neçə nəfərlə birlikdə mühakimə olunurdu. Onlardan biri – DSX-nın Sahil Mühafizəsinin polkovniki Samiq Əzizovun mühakiməsi başa çatıb. Mayın 7-də Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyilə ona hökm oxunub.

Samiq Əzizov CM-in 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə təqsirli bilinib. Lakin onun himayəsində üç azyaşlı övladının olması və s. hallar nəzərə alınaraq, Samiq Əzizova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. O, şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

DSX-nın vəzifəli şəxsləri, o cümlədən polkovnik Samiq Əzizov rüşvət alıb, Xəzər dənizində balıq ovuna icazə verməkdə ittiham olunurdu. 2020-ci ilin mayında DTX və prokurorluğun birgə əməliyyatı nəticəsində həbs olunanlar arasında DSX-nın rəis müavini, general Əfqan Nağıyev də vardı. Amma o, iki ay sonra ev dustaqlığına buraxıldı. Daha sonra barəsindəki cinayət işinə xitam verildi. 2020-ci ilin dekabrında isə o, Qarabağ müharibəsində iştirakına görə orden və medallarla təltif edildi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f5uxna

Most Viewed