Vuhan

Source: Foto: google.ru

Caption: Vuhan

Çin Vuhanı təcriddən çıxarıb

Şəhərdə ticarət mərkəzləri yenidən açılıb

Çin koronavirusun ortaya çıxdığı Vuhan şəhərinin iki aydır davam edən təcridini çərşənbə günü dayandırıb, - “Reuters” xəbər verir.

Çin yanvarın 23-də 11 milyon əhalisi olan mərkəzi Vuhanı koronavirusla mübarizə məqsədiylə təcridə almışdı.

Vuhanda yaşayan 50 mindən çox insan koronavirusa yoluxub və rəsmi məlumatlara görə şəhərdə 2500 insan həlak olub ki, bu, bütün Çində olmuş ölüm sayının 80 faizini təşkil edir.

O zamandan etibarən virus dünyaya yayılıb və 1,4 milyondan çox insana yoluxub. Onlardan 82,000 nəfər ölüb. Hadisə qlobal iqtisadiyyatı ciddə təhlükə altına alıb.

Çin koronavirus epidemiyasını cilovlaya bilsə də, bunun qarşısını almaq üçün tədbirlər ağır iqtisadi və sosial nəticələrə, yeni infeksiya halları ilə bağlı qeyri-müəyyənliklərə gətirib çıxarıb.

“Mən valideynlərimi görməyi düşünürəm,” - Vanq Venshu (Wang Wenshu) çərşənbə günü təcridi götürülmüş Vuhanın Tianhe hava limanında kontrol edilməyi gözləyərkən “Reuters”ə deyib.

“Əlbəttə onlar üçün darıxmışam. Mənə bu barədə soruşmağı dayandırın, yoxsa ağlayacağam”.

Bəzi səyahətçilər qoruyucu kostyumlar, uzun paltolar və üz qalxanları geyiniblər.

Vuhan yavaş-yavaş normala qayıdır. Məhdudiyyət olsa da, insanlara mart ayının 28-dən etibarən şəhərə daxil olmağa rəsmi olaraq icazə verilirdi. Onlara Vuhan və ya Hubei əyalətini zəruri olmadığı halda tərk etməmələri deyilmişdi.

“Biz yaxşı bilirik ki, son qələbəyə nail olmadığımız üçün dincəlməməliyik”,- Hubeyin vitse qubernatoru Cao Guangjin çərşənbə günü konfransda deyib.

“Biz sakit qalmalı və əvvəldə olduğu kimi indi də son dərəcə ehtiyatlı olmalıyıq”.

Ticarət mərkəzləri və şəhərin ən böyük ticarət kəməri olan Çu Çayı və Han küçəsi martın 30-da yenidən açılıb. Müştərilərin bir metr ayrı dayanması tələbi sayəsində supermarketlərdə uzun növbələr meydana gəlib, bəzi sakinlər isti havanı əsas gətirərək açıq havaya çıxıb.

Vuhan son 21 gündə üç yeni təsdiqlənmiş infeksiya haqda xəbər verib. Son iki həftədə isə yalnız iki xəstəlik halı haqda bildiriş edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8ple4j

Most Viewed