''Azərbaycan və Ermənistan etimad tədbirlərinin möhkəmləndirilməsi üçün addımlar axtarır''

Əliyev və Paşinyan

Əliyev və Paşinyan

''İzahı mümkün olmayan hadisələr baş verir''

Belarus prezidenti Aleksandr Lukaşenkonun bir müddət əvvəl Qarabağ danışıqları barədə mətbuata verdiyi açıqlamalar Azərbaycan və Ermənistanda rezonansa səbəb olub. 

“Turan” agentliyi Belarus prezidentinin söylədikləri və ümumiyyətlə Dağlıq Qarabağ problemi ətrafında pərdəarxası məqamlar barədə yazı təqdim edib.

“Qarabağ nizamlanması üzrə pərdəarxası danışıqlar və qapalı qapılar arxasında görüşlər çoxdan böyük siyasi oyunun bir hissəsinə çevrilib. Vaxtaşırı siyasətçilər 5-10 il əvvəlki hadisələrin üstünü açır, məxfilik pərdəsini aralayır və biz əvvəllər təxmin belə etmədiyimiz təfərrüatı öyrənirik.

Belə “kəşflərdən” biri Belarus prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda Rusiya və Belarusun Ermənistan prezidentinə Qarabağ ətrafında işğal edilmiş 7 rayondan 5-ni qaytarmağı təklif etdiyi barədə etirafı olub. Bu kəşf “Lavrov planının” mövcud olduğunun təsdiqi oldu. Vaxtilə Moskvanın mərhələli həll barədə bu ideyası haqqında Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Novruz Məmmədov da danışmışdı, amma RF XİN tərəfindən kəskin şəkildə susdurulmuşdu.
Göründüyü qədər, Məmmədov məxfilik pərdəsini vaxtından əvvəl aralayıb. Amma mühüm olan bu deyil, bütün bunların 2016-cı ilin yazında baş verməsidir. Bu mənada 2016-cı ildə 4 günlük aprel müharibəsinin səbəbləri və nəticələri fərqli - bir kontekstdə görünür.

Bu gün də heç də adi olmayan və hər zaman izahı mümkün olmayan hadisələr baş verir, onların mahiyyətini yalnız təxmin etmək olar. Amma onların görünməyən hadisələrin və ya pərdəarxası danışıqların elementləri ola biləcəyi ehtimalı var.

Bunların sonuncusu Azərbaycanın Qazax-Ağstafa istiqamətində Ermənistanla sərhəddən öz qoşunlarını çəkməsi və bu hissəni sərhədçilərə təhvil verməsinin elan edilməsi oldu.

Buna heç bir izah verilməyib. Bundan başqa, bu ərazilərdən artilleriya atəşi dairəsində olan strateji neft və qaz kəmərlərinin keçdiyini və bu infrastrukturun müdafiəsinin silahlı qüvvələrin ən böyük vəzifəsi olduğunu nəzərə alaraq, bunda məntiq tapmaq da qeyri-mümkündür.

Ermənistan tərəfinin müharibə bərpa ediləcəyi təqdirdə Azərbaycanın neft və qaz kəmərlərinin digər infrastruktur obyektləri ilə birlikdə zərbə endiriləcək ilk hədəflərdən olacağı barədə bəyanatları fonunda da qoşunların bu sahədən çıxarılması heç cür izah oluna bilməz.

Çox mühüm adlandırıla biləcək, amma, demək olar ki, diqqətdən kənarda qalan bir hadisə də olub. Belə ki, parlamentin iclasında hakim partiyanın sədr müavini Siyavuş Novruzov qəfildən bildirir ki, ölkədə erməni azlığının olduğunu düşünmək lazımdır. Nə vaxtsa Dağlıq Qarabağ məsələsi həll ediləcək və “Qarabağ ermənilərindən olan vətəndaşlarımız deputatlıq mandatı əldə edəcəklər”, buna görə bu insanlar üçün erməni dilindən Azərbaycan dilinə və əks istiqamətdə tərcümənin təşkil edilməsi barədə düşünmək lazımdır(!)”.

Bu bəyanat heç vaxt tez başa düşməsi və məlumatlılığı ilə fərqlənməyən parlamentin spikeri Oqtay Əsədovun mənfi reaksiyasına səbəb olub. Amma Siyavuş Novruzovun yuxarıdan dəqiq göstəriş almadan belə bir şey deyə biləcəyinə inanmaq çətindir.

XİN başçısı Elmar Məmmədyarovun həmkarı Zöhrab Mnatsakanyanla görüşlərinin çox əhəmiyyətli və faydalı olduğu və bir dəfə 4, başqa bir halda isə 3 saat davam etdiyi barədə qiymətləndirmələrini də, çox aydın olmasa da, daha bir fakt kimi dəyərləndirmək olar. Bu qədər uzun danışıqlar onların ciddi məzmunundan xəbər verir.

Nəhayət, iki ölkənin birinci şəxsləri səviyyəsində böyük dəyişiklik baş verib. İndiyədək Serj Sarkisyanın adı “hərbi cinayətkar” kimi qiymətləndirməsi ilə müşaiyət olunurdusa, Nikol Paşinyan haqqında belə bir şey yoxdur. Bundan başqa, Əliyevin Düşənbədə Paşinyanla görüşündən sonra təmas xəttində gərginlik kəskin şəkildə azalıb, atışmalar və əsgər ölümü faktları dəfələrlə azalıb. Və nəhayət, iki tərəfin hərbiçiləri arasında operativ əlaqə qurulub.

Son olaraq, işğal olunan Qarabağda hərbi rəhbərliyin gözlənilməz və izaholunmaz dəyişikliyini qeyd etmək olar.

Bütün bu hadisələri bir “pazlda” birləşdirsək, onlar nədən xəbər verir? Nikbin olsaq, yəqin ki, tərəflərin etimad tədbirlərinin möhkəmləndirilməsi üçün real addımlar axtardığını və hansısa güzəştli həll yolları hazırladığını təxmin edə bilərik. Amma, bəlkə də, bütün bu faktların və hadisələrin bir-biri ilə əlaqəsi yoxdur, yalnız belə bir təəssürat bəxş edir.

Bəlkə də, Ermənistanın yeni hökuməti formalaşdıqdan sonra bu ölkənin yeni rəhbərliyinin strategiyası daha da aydın olacaq. Bunu Bakının reaksiyasına görə də mühakimə etmək olacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/kks23q

Most Viewed