Source: Meydan.TV

40 illik qadağadan sonra iranlı qadınlar stadiona buraxıldı

Article was updated on :  10 October 2019

40 ildən sonra iranlı qadınlar stadionlarda azarkeşlik ediblər

İranda 40 illik qadağadan sonra qadın azarkeşlər stadiondan canlı futbol izləyə bildilər.

İran millisi ilə Kambociya arasında baş tutan oyunda meydan sahibləri 14:0 hesablı qələbə qazanıblar.

Ötən ay stadiona girməkdə ittiham edilən gənc qadın özünü yandırıb.

29 yaşlı qadın mart ayında Tehranda futbol matçına qatılmaq istəyərkən həbs edilib. O, daha sonra həbsdən azad edilsə də, mobil telefonunu geri almaq üçün 1 sentyabr tarixində prokurorluğa gedərkən açılmış işin sonlanmadığını və hələ də həbsxanaya düşmə ehtimalının ola biləcəyini öyrənib.

Bundan sonra o, intihar edib. Gənc qadın sevimli futbol komandasının formasını geyindiyi üçün “Mavi qız” ləqəbi ilə tanınıb. Onun ölümü futbol camiəsində də geniş rezonans doğurub, FİFA rəsmiləri İrana səfər edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  10 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/8gaoss

Most Viewed