13 saylı Cəzaçəkmə Müəssisəsinin tualeti

Source: meydan tv

Caption: 13 saylı Cəzaçəkmə Müəssisəsinin tualeti

13 saylı Cəzaçəkmə Müəssisəsində ayaqyolu problemi

Məhkum yaxınları şikayət edir

“13 saylı Cəzaçəkmə Müəssisəsində çoxsaylı problemlər içində ən qabarığı ayaqyoluların yararsız vəziyyətdə olmasıdır”.

Bunu Meydan TV-yə həmin müəssisədə cəza çəkən məhbusların yaxınları deyir.

Saatlarla həbsxananın qarşısında dayanıb görüş vaxtını gözləyənlər təbii ehtiyacların ödənilməsində əziyyət çəkdiklərini deyirlər.

13 saylı Cəzaçəklmə Müəssisəsi

13 saylı Cəzaçəklmə Müəssisəsi

Source: meydan.tv

Həqiqətən də ətraf zibillik, susuzluq və üfunət qoxuludur. Hətta foto çəkmək üçün belə kəskin qoxu mənbəyinə çevirilən tualetlərə yaxınlaşmaq olmur.

Məhbus yaxınları deyir ki, hər dəfə müəssisəyə gələndə tualet probleminin həlli üçün nəzarətçilərə şikayətlənir, türmə adminstrasiyasına məlumat verib problemin həll edilməsini istəyirlər.

“Cavab adətən “rəis problemi bilir”dən ibarət olur, tualet problemi isə həll edilmir ki, edilmir.

13 saylı Cəzaçəkmə Müəssisəsi

13 saylı Cəzaçəkmə Müəssisəsi

Source: meydan.tv

Danışacaqsan, gedib qohumunu tapıb incidəcəklər. Gedib tualetə baxın. Orada su illərdir ki, gəlmir, iy-qoxu baş çatladır. Başdan-ayağa antisanitariyadır,” – rayondan 13 saylı müəssisəyə qohumu ilə görüşə gələn şəxs belə deyir. Adını söyləsə də, çəkilməsini istəmir. Deyir ki, şikayəti məhbus qohumunun “içəri”də vəziyyətini ağırlaşdıra bilər.

“Görüşə gəlmişik, 1-2 saat qapıda gözlədirlər, 4-5 saat da görüş vaxtı var. Görüşdə olduğun vaxtda təbii ehtiyacın yaransa, çölə çıxmaq olmaz. Çıxdınsa, geri qayıtmaq üçün nəzarətçi gedib rəisdən icazə almalıdır. O, çox vaxt icazə vermir. Lap qadağa olmasa da, çölə çıxdın, adı tualet olan yerə gedə bilmirsən. Su yoxdur, tualet bərbad gündədir. Bəlkə də tikilən gündən oralara təmizlik işçisi keçməyib. Üfunətdir...” –deyə həmsöhbətimiz bildirir.

ayaqyolu

ayaqyolu

Source: meydan tv

Deyir ki, müəssisənin içindəki tualetlərdən istifadəyə də kənar şəxslərə - yəni məhbusların yaxınlarına icazə yoxdur: “Nəzarətçini çağırırsan, deyirsən ki, burada yaşlı, xəstə, uşaqlar var. Böyrək xəstələri var ki, qohum-qardaşları ilə görüşə gəliblər. İmkan verin normal şəkildə gedib tualetdən istifadə eləsinlər. Çiyinlərini çəkib, “rəisə deyin” deyib çıxıb gedirlər. Burada adamların tualetdən istifadə haqqı da əllərindən alınıb!”

ayaqyolu

ayaqyolu

Source: meydan.tv

Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov isə Meydan TV-yə deyib ki, məsələni araşdırıb, şikayətlər əsassızdır:

“Mən 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Azər müəllimlə danışdım. O, mənə dedi ki, elə bir şey yoxdur və mümkün də ola bilməz. Çünki bu məsələ daim diqqətlərində olub".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/mel553

Most Viewed