Mənbə: Meydan TV

Zakir Qaralova "Rüşvət vermişəm" yazan vəkilə hansı cəza verildi?

Vəkillə mühakimə olunan müstəntiq barədə də hökm çıxarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil və onunla birlikdə mühakimə olunan müstəntiq barədə hökm çıxarılıb. Bunlar 12 saylı vəkil bürosunun üzvü olmuş Vüqar Poladov və Misir Əbilovdur. Onların hər ikisi bir müddət əvvəl vəzifələrindən uzaqlaşdırılıb.

Hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, Misir Əbilov 5600, V.Poladov isə 8600 manat cərimələnib. Hər ikisi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirli bilinib. Onlar istintaq və məhkəmədəki problemlərinin həlli adıyla adamlardan pul alıb aldatmaqda ittiham olunurlar.

V.Poladova qarşı Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsilə də ittiham irəli sürülüb. Bu ittihamda sübut kimi isə onun özünün Baş Prokuror Zakir Qaralova göndərdiyi məktuba istinad edilib. O, hələ cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəl həmin məktubu könüllü şəkildə göndərib. Yazıb ki, o, vəkil kimi iştirak etdiyi bir çox işdə vəzifəli şəxslərə rüşvət verilməsində vasitəçilik edib.

Məhkəmənin hökmünə əsasən, V.Poladov cərimədən başqa, 2 il vəkillik etmək hüququndan da məhrum edilib.

V.Poladov vəkilliyə qədər Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada “İcra məmuru” rublikasının daimi müsahibi olub, ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib.

V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.

O, cinayət məsuliyyətinə cəlb ediləndən sonra baş verənlərə görə müxalifəti ittiham edirdi. Deyirdi ki, müxalifətçilər arasında onun agentləri yerləşdirilib və bundan xəbər tutanlar onun cəzalandırılmasını sifariş ediblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3d5ufp

Ən çox baxılan