Müğənninin ürək çatışmazlığından keçindiyi deyilir
Sovet və Rusiyanın “Ласковый май” adlı pop qrupunun keçmiş solisti, müğənni Yuri Şatunovun vəfat etdiyi bildirilir.
İfaçının mayın 23-də Domodedovo xəstəxanasında ürək çatışmazlığından keçindiyi deyilir.
Yuri Şatunov 1973-cü ildə Başqırdıstanda doğulub.
1986-1991-ci illərdə “Ласковый май” qrupunun solisti olub.
Qrupun üzvü olduğu dövrlərdə “Белые розы”, “Лето”, “Пусть будет ночь”, “Седая ночь”, “Ну, что же ты…”, “Тающий снег” mahnıları ilə populyarlaşıb.
1991-ci ildən solo karyerasına başlayıb.