Yunis Səfərovun ”Bandotdel”-də saxlanıldığı deyilir

Yaxınları onun işgəncəyə məruz qaldığını düşünürlər

Source:
Yunis Səfərov -Elmar Vəliyev
Yunis Səfərov -Elmar Vəliyev


Yaxınları onun işgəncəyə məruz qaldığını düşünürlər

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı basqın etməkdə təqsirli bilinən Yunis Səfərovun istintaqı Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəyə tapşırılıb.

İstintaq qrupunun rəhbəri müstəntiq Orxan Babayevdir.

Məlumat Meydan TV-yə prokurorluqdakı mənbələrdən daxil olub.

Hazırda Yunis Səfərov və bu işlə bağlı həbs olunanlar DİN-in Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır) saxlanılırlar.

Onlara yaxınları və vəkillərlə görüşə icazə verilmir. Bu səbəbdən ailələri bu adamlara işgəncə verilmələrindən narahatdırlar.


İyulun 3-də

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirlib.

Bugünə qədər hadisələrə görə 30-dan çox şəxs saxlanılıb.

Ana səhifəXəbərlərYunis Səfərovun ”Bandotdel”-də saxlanıldığı deyilir